11 iyul 2016 01:35

Portuqaliya Fransaya qalib gəlib, Avropa çempionu oldu

Fransada təşkil olunan bir aylıq marafon - AÇ-2016 bu gün başa çatdı. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin həlledici oyununda meydan sahibi Fransa ilə Portuqaliya yığması üz-üzə gəldi.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmadı. Matça əlavə olunmuş yarım saatda isə Portuqaliya yığması hesabı açmağı bacardı. Oyunda başqa qol vurulmayınca Portuqaliya Avropa çempionu adını qazanmış oldu.

Qeyd edək ki, Avropa çempionatının bürünc medallarını Uels və Almaniya yığmaları qazanıb.

AÇ-2016
Final

10 iyul

Portuqaliya - Fransa - 1:0
Qol: Eder, 109.
Baş hakim: Mark Klattenburq (Almaniya).
Sen-Deni. "Stad de Frans".

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Qerreyro, 7. Kriştiano Ronaldo (k) (20. Rikardo Kuarejma, 25), 10. Joao Mario, 14. Villyam Karvalyo, 16. Renato Sançes (9. Eder, 79), 17. Nani, 21. Sedrik, 23. Adrien Silva (8. Joao Moutinyo, 66).
Ehtiyat oyunçular: 2. Bruno Alveş, 6. Rikardo Karvalyo, 11. Vieyrinya, 12. Antoni Lopes, 13. Danilo, 15. Andre Qomeş, 18. Rafa Silva, 19. Elizeu, 22. Eduardo.
Baş məşqçi: Fernando Santuş.
Fransa: 1. Hüqo Lyoris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Paye (20. Kinqsli Koman, 58), 9. Olivye Jiru (10. Andre-Pyer Jinyak, 78), 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Mussa Sissoko (11. Antoni Marsyal, 110), 19. Bakari Sanya, 21. Loren Kosçelnı, 22. Samuel Yumtiti.
Ehtiyat oyunçular: 2. Kristof Jalle, 4. Adil Rami, 5. N'Qolo Kante, 6. Yohan Kabay, 12. Morqan Şnederlen, 13. Elyakim Manqalya, 16. Stiv Mandanda, 17. Lukas Din, 23. Benua Kostil.
Baş məşqçi: Didye Deşam.

Похожие новости

AVRO-2016 09 iyul

AÇ-nin finalı ilə bağlı önəmli faktlar

Sabah Fransada keçirilən Avropa çempionatına yekun vurulacaq
AVRO-2016 08 iyul

Antuan Qrizmann: Mişel Platini səviyyəsinə çatmağıma hələ çox var

Ötən gecə Almaniyaya qarşı keçirdikləri oyunda dubla imza atan Antuan Qrizmann Fransa yığmasının AÇ-2016-nın finalına çıxmasında əsas pay sahibi oldu.
AVRO-2016 08 iyul

Fransa Almaniyaya qalib gəlib, finala yüksəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 07 iyul

Portuqaliya Uelsə qalib gəlib, ilk finalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 04 iyul

Sonuncu yarımfinalçı Fransa oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 03 iyul

Almaniya İtaliyaya penalti seriyasında qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 02 iyul

Uels Belçikaya qalib gəlib, Portuqaliyaya rəqib oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 01 iyul

Portuqaliya ilk yarımfinalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 28 iyun

AÇ-2016-nın qoleadorları

Fransada keçirilən Avropa çempionatı davam edir.