27 iyun 2016 00:50

Belçika, Almaniya və Fransa da 1/4 finalda

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində 1/8 final mərhələsinin daha üç oyunu baş tutub.

Günün ilk qarşılaşmasında turnirə ev sahibliyi edən Fransa İrlandiya ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı irlandlar açsa da, fransızlar sonda əzmkar qələbə qazanmağı bacarıblar.

Növbəti görüşdə Almaniya və Slovakiya yığmaları qarşılaşıb. Bundestim rəqibini darmadağın edərək, adını ən güclü 8 kollektiv sırasına yazdırıb.

Nəhayət, günün son matçı Macarıstan və Belçika yığmaları arasında keçirilib. Belçikalılar 4 cavabsız qolla qalib gələrək, altıncı 1/4 finalçı olublar.

Qeyd edək ki, Polşa, Uels və Portuqaliya yığmaları bir gün öncə 1/4 finala vəsiqəni təmin etmişdi.

AÇ-2016
1/8 final mərhələsi

26 iyun

Fransa - İrlandiya - 2:1 (0:1)
Qollar: R.Bredi, 2-pen. (0:1). A.Qrizmann, 58 (1:1). A.Qrizmann, 61 (2:1).
Qırmızı vərəqə: Ş.Daffi, 66 (İrlandiya).
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Lion.

Almaniya - Slovakiya - 3:0 (2:0)
Qollar: J.Boatenq, 8 (1:0). M.Qomes, 43 (2:0). Y.Draksler, 63 (3:0).
Matçın 13-cü dəqiqəsində Almaniya yığmasının üzvü M.Özil penaltidən yararlana bilməyib
Baş hakim: Şimon Marçinyak (Polşa).
Lill.

Macarıstan - Belçika - 0:4 (0:1)
Qollar: T.Alderveyreld, 10 (0:1). M.Batşuayi, 78 (0:2). E.Azar, 80 (0:3). Y.F.Karrasko, 90 (0:4).
Baş hakim: Milorad Majiç (Serbiya).
Tuluza.

Похожие новости

AVRO-2016 11 iyul

Portuqaliya Fransaya qalib gəlib, Avropa çempionu oldu

Fransada təşkil olunan bir aylıq marafon - AÇ-2016 bu gün başa çatdı.
AVRO-2016 09 iyul

AÇ-nin finalı ilə bağlı önəmli faktlar

Sabah Fransada keçirilən Avropa çempionatına yekun vurulacaq
AVRO-2016 08 iyul

Antuan Qrizmann: Mişel Platini səviyyəsinə çatmağıma hələ çox var

Ötən gecə Almaniyaya qarşı keçirdikləri oyunda dubla imza atan Antuan Qrizmann Fransa yığmasının AÇ-2016-nın finalına çıxmasında əsas pay sahibi oldu.
AVRO-2016 08 iyul

Fransa Almaniyaya qalib gəlib, finala yüksəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 07 iyul

Portuqaliya Uelsə qalib gəlib, ilk finalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 04 iyul

Sonuncu yarımfinalçı Fransa oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 03 iyul

Almaniya İtaliyaya penalti seriyasında qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 02 iyul

Uels Belçikaya qalib gəlib, Portuqaliyaya rəqib oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 01 iyul

Portuqaliya ilk yarımfinalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.