22 iyun 2016 00:53

İspaniya uduzdu, Türkiyə qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində daha iki qrupda son oyunlar keçirilib. 12-ci oyun günündə dörd görüş baş tutub.

Öncə saat 20:00-da C qrupu çərçivəsində Şimali İrlandiya - Almaniya və Ukrayna - Polşa görüşləri start götürüb. Almaniya və Polşa yığmaları bu görüşlərdə qazandıqları minimal hesablı qələbə sayəsində 1/8 finala yüksəlib.

Daha sonra isə D qrupunda Xorvatiya - İspaniya və Çexiya - Türkiyə görüşləri keçirilib. İspaniya hesabı açdığı Xorvatiya ilə oyundan məğlubiyyətlə ayrılıb. İlk iki oyununda məğlubiyyətlə üzləşən Türkiyə yığması isə bu dəfə nəhayət ki, qələbə qazanmağa nail olub. Qardaş ölkə təmsilçisi DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan çexləri iki cavabsız qolla məğlub ediblər.

AÇ-2016
Qrup mərhələsi

21 iyun

C qrupu

Şimali İrlandiya - Almaniya - 0:1 (0:1)
Qol: M.Qomes, 30 (0:1).
Baş hakim: Kleman Turpen (Fransa).
Paris.

Ukrayna - Polşa - 0:1 (0:0)
Qol: Y.Blaşikovski, 54 (0:1)
Baş hakim: Sveyn Moen (Norveç).
Marsel.

1Almaniya321030+37
2Polşa321020+27
3Ş.İrlandiya31022203
4Ukrayna300305–50

D qrupu

Xorvatiya - İspaniya - 2:1 (1:1)
Qollar: A.Morata, 7 (0:1). N.Kaliniç, 45 (1:1). İ.Perişiç, 87 (2:1).
Matçın 72-ci dəqiqəsində ispanların heyətində S.Ramos penaltidən yararlana bilməyib
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Bordo.

Çexiya - Türkiyə - 0:2 (0:1)
Qollar: B.Yılmaz, 10 (0:1). O.Tufan, 65 (0:2).
Baş hakim: Uillyam Kollam (Şotlandiya).
Lans.

1Xorvatiya321053+27
 2İspaniya320152+36
 3Türkiyə310224–23
 4Çexiya301225–31

Похожие новости

AVRO-2016 11 iyul

Portuqaliya Fransaya qalib gəlib, Avropa çempionu oldu

Fransada təşkil olunan bir aylıq marafon - AÇ-2016 bu gün başa çatdı.
AVRO-2016 09 iyul

AÇ-nin finalı ilə bağlı önəmli faktlar

Sabah Fransada keçirilən Avropa çempionatına yekun vurulacaq
AVRO-2016 08 iyul

Antuan Qrizmann: Mişel Platini səviyyəsinə çatmağıma hələ çox var

Ötən gecə Almaniyaya qarşı keçirdikləri oyunda dubla imza atan Antuan Qrizmann Fransa yığmasının AÇ-2016-nın finalına çıxmasında əsas pay sahibi oldu.
AVRO-2016 08 iyul

Fransa Almaniyaya qalib gəlib, finala yüksəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 07 iyul

Portuqaliya Uelsə qalib gəlib, ilk finalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 04 iyul

Sonuncu yarımfinalçı Fransa oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 03 iyul

Almaniya İtaliyaya penalti seriyasında qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 02 iyul

Uels Belçikaya qalib gəlib, Portuqaliyaya rəqib oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 01 iyul

Portuqaliya ilk yarımfinalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.