13 iyun 2016 00:50

Millimizin rəqiblərindən biri qalib gəldi, digəri uduzdu, Türkiyə AÇ-yə məğlubiyyətlə başladı

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, turnirin üçüncü oyun günündə daha üç görüş baş tutub.

Öncə meydana Azərbaycan futbolsevərlərini ən çox maraqlandıran Türkiyə yığması ilə Xorvatiya üz-üzə gəlib. Qardaş ölkə yığması bu görüşdə məğlubiyyətlə üzləşib.

"C" qrupunda isə DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Şimali İrlandiya Polşa ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşün də taleyini bir qol həll edib. Millimizin rəqibi minimal hesablı məğlubiyyətə üzülüb.

Günün son matçında da gələcək rəqiblərimizdən biri - Almaniya yığması ilə Ukrayna üz-üzə gəlib. Bu görüşdə gözlənildiyi kimi, almanlar qalib gəliblər.

AÇ-2016
Qrup mərhələsi

12 iyun

"D" qrupu

Türkiyə - Xorvatiya - 0:1 (0:1)
Qol: L.Modriç, 41 (0:1).
Paris.

"С" qrupu

Polşa - Şimali İrlandiya - 1:0 (0:0)
Qol: A.Milik, 51 (1:0).
Nitsa.

Almaniya - Ukrayna - 2:0 (1:0)
Qollar: Ş.Mustafi, 19 (1:0). B.Şvaynştayger, 90+2 (2:0).
Lill.

Похожие новости

AVRO-2016 11 iyul

Portuqaliya Fransaya qalib gəlib, Avropa çempionu oldu

Fransada təşkil olunan bir aylıq marafon - AÇ-2016 bu gün başa çatdı.
AVRO-2016 09 iyul

AÇ-nin finalı ilə bağlı önəmli faktlar

Sabah Fransada keçirilən Avropa çempionatına yekun vurulacaq
AVRO-2016 08 iyul

Antuan Qrizmann: Mişel Platini səviyyəsinə çatmağıma hələ çox var

Ötən gecə Almaniyaya qarşı keçirdikləri oyunda dubla imza atan Antuan Qrizmann Fransa yığmasının AÇ-2016-nın finalına çıxmasında əsas pay sahibi oldu.
AVRO-2016 08 iyul

Fransa Almaniyaya qalib gəlib, finala yüksəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 07 iyul

Portuqaliya Uelsə qalib gəlib, ilk finalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 04 iyul

Sonuncu yarımfinalçı Fransa oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 03 iyul

Almaniya İtaliyaya penalti seriyasında qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 02 iyul

Uels Belçikaya qalib gəlib, Portuqaliyaya rəqib oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.
AVRO-2016 01 iyul

Portuqaliya ilk yarımfinalçı oldu

Fransada keçirilən Avropa çempionatı davam edir.