22 sentyabr 2017 18:01

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır
Müvafiq qurumlar, qeyri leqal mərc oyunları ilə məşğul olan şəxslərə və obyektlərə qarşı mübarizəni gücləndirib. Bu günlərdə paytaxtda çoxsaylı reydlər keçirilib və bu tip obyektlərdən bir neçəsi bağlanıb. Onların sahiblərinə qarşı qanunlar çərçivəsində ən sərt tədbirlər görülüb. Məlumdur ki, “qara bazar” tərəfindən mərc oyunları iştirakçılarından külli miqdarda vəsait yığılır, burada “çirkli” pullar “təmiz”lənir, külli miqdarda qazanc əldə olunur. Qanunsuz fəaliyyət və uduşlara dövlət təminatının olmaması oyunçulara uduşların verilməməsinə də yol açır. Onlayn totalizator və qara bazarda dövr edən pullar büdcədən kənarda qalır. Əksəriyyət daha yüksək əmsallarla oynayıb çox pul qazanmaq arzusu ilə qeyri qanuni saytlara üz tutur. Təxmini hesablamalara görə, azərbaycanlılar virtual məkanlarda milyonlarla dollar uduzurlar. Azərbaycanlıların xarici totalizatorlara meyllənməsinin artıq təhlükəli həddə gəlib çatması haqqında dəfələrlə xəbərdarlıqlar səslənib. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində demək olar hər ay Sumqayıtda, Bakının müxtəlif rayonlarında mini-kazinolar aşkarlanır. Bir çox hallarda gündüz vaxtı çay evləri, kafelər kimi fəaliyyət göstərən məkanlar axşamlar poker oyunları keçirilən məkanlara çevrilir. Asan yolla çoxlu pul əldə etmək həvəsi hər kəsi bu yerlərə gətirib çıxardır.
Bu tip qanunsuzluqların qarşısını almaq üçün artıq neçə illərdir müvafiq qurumlar tərəfindən mübarizə aparılır. Hətta 2016-ci ildə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə”, 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərman nəticəsində qanunsuz idman mərc oyunlarına qarşı tədbirlər gücləndirilidı, tələblər sərtləşdirildi. Həmçinin, Azəbaycanda qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində polis və nazirliklərə yeni səlahiyyətlər verildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıldı ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün. Daxili İşlər və Vergilər nazirliklərinə isə tapşırıldı ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər. “Qara bazar” mərc oyunları sənayesinin qara günləri məhz bu fərmanın tələblərindən irəli gələn tədbirlərin görülməsindən başladı. Hüquq mühafizə orqanlarının son addımları da məhz adıçəkilən fərmanın tələblərinin yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Həyata keçirilən son tədbirlər deməyə əsas verir ki, hökumət öz vətəndaşlarının taleyi ilə oynayan işbazlarla qarşı barışmaz mövqedədir, “qara bazar”ın tam aradan qaldırılması üçün bundan sonra da müvafiq tədbirlər davam etdiriləcək.
Qeyd edək ki Azərbaycanda fəaliyyət göstərən ilk və tək qanuni mərc oyunlarının ticarət nişanı “Topaz”-dır. “Qara bazar” dan fərqli olaraq , “Topaz “ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bundan əlavə, 18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır. Azərbaycanda idman mərc oyunlarının rəsmi operatoru olan “Topaz” insanlar üçün əyləncə məkanı olmaqla yanaşı, həm də dövlət büdcəsinə töhfə verir, iş yerlərinin açılmasına imkan yaradır. “Topaz”ın gəlirlərindən idmanın inkişafına da yönəldilir. Bu vəsaitlə ayrı-ayrı federasiyalar, idman təşkilatları maliyyələşdirilir, idmançıların sosial problemləri həllini tapır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində qanunsuz totalizator və mərc oyunlarının lisenziyasız təşkilinə görə ciddi məsuliyyət nəzərdə tutulub. Bu cür əməllər törədənləri külli miqdarda cərimə və hətta həbs cəzası da gözləyir.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.
TOPAZ 11 noyabr

Şimali İrlandiya millimizlə matçın favoritidir

İdman mərc oyunları operatoru Topaz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.