21 mart 2013 13:27
Azərbaycan Lüksemburqla oyunun aşkar favoritidi
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı oyunlara pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan yığmasının Lüksemburq ilə oyundakı şanslarını da dəyərləndirib.
Belə ki, “Topaz” sabah keçiriləcək görüşdə komandamızı favorit görür. Baxmayaraq ki, qarşılaşma rəqib meydanında baş tutacaq.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
22 mart
23:15. Lüksemburq - Azərbaycan (3.40 – 3.30 – 1.80)
