18 yanvar 2013 16:22

Topaz iki yaşında

18 Yanvar 2011-ci il tarixində kommersiya fəaliyyətinə başlamış “Topaz” qısa zaman ərzində Azərbaycan bazarında böyük nailiyyətlər əldə etmişdir.
 
Azərbaycanda ilk qanuni (Nazirlər kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli qərarı) idman mərc oyunları operatoru olan “Topaz” qısa müddət ərzində kommersiya fəaliyyəti üçün zəruri olan proqramlaşdırma və infrastruktur işlərini tamamlamışdır.
 
Bu gün “Topaz” Azərbaycanda ən geniş satış şəbəkəsinə malik olan ticarət nişanlarından biridir. 2012-ci ilin sonu üçün “Topaz” satış məntəqələrinin ümumi sayı 2011-ci ilin eyni dövrünə nəzərən 80% artaraq, 456 məntəqəyə çatmışdır. Bu isə 1000-dən çox insanın yeni iş yerləri ilə təmin olunması deməkdir.
 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi AzerİdmanServis MMC-nin direktoru Azər Məhərrəmov “Topaz”-ın 2 il ərzindəki fəaliyyəti haqqında söyləmişdir: “  Şirkət öz fəaliyyəti ərzində birbaşa idman sahəsinin inkişafına dəstək olmaqla yanaşı, müvafiq vergiləri ödəməklə, ölkə iqtisadiyyatına böyük dəstək verməkdədir. Bu gün “Topaz” Azərbaycanda iri vergi ödəyicisi olan şirkətlər sırasına daxildir. Statistik göstəricilərə əsasən şirkətin 2012-ci ilin sonunda Azərbaycan İdman sahəsinin inkişafına yönəlmiş investisiya yatırımları və vergi ödəmələri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə artmışdır. Bu da şirkətin gələcək illərdə Azərbaycan iqtisadiyyatına və İdman sahəsinə daha çox dəstək olacağını aydın şəkildə əks etdirir”.
 
2012-ci il ərzində “Topaz” yerli bazara bir çox yeni mərc növlərini təqdim etmişdir. Onların içərinsində: Qol-Qol –Yox Qol, Canlı Oyun, Duello, Qızıl Proqram, 1.5 BH ALT/Üst, 1.5 ALT/Üst və 3.5 ALT/Üst və digər mərc növləri oyunçular tərəfindən böyük maraqla qarşılanmışdır. Keçirilən sorğuya əsasən “Topaz” əmtəə nişanı 96% əhali arasında tanınır. 19 Sentyabr 2012-ci il t
rixində “Topaz” və Peşəkar Futbol Liqası Azərbaycan futbolunun inkişafında çox önəmli sayıla biləcək sponsorluq müqaviləsini imzalamışdırlar. İmzalanan müqaviləyə əsasən “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və Azərbaycan Premyer Liqası azı 3 il müddətində  “Topaz Premyer Liqası” adlandırılacaqdır. Hazırda “Topaz Premyer Liqası”-nın oyunları televiziya vasitəsi ilə canlı yayımlanır və ölkə çempionatına futbol azərkeşlərinin marağı get-gedə daha da artmaqdadır.  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinq siyahısında “Topaz Premyer Liqası”-nı 27 pillə irəli keçirmişdir.
Eyni zamanda qeyd edilməlidir ki, “Topaz” məsulliyyətli oyun meyarlarının tətbiq edilməsi məsələsinə son dərəcə həssas yanaşmaqdadır. Belə ki, Topazın təşkil etdiyi mərc oyunlarında ancaq yaşı 18-ə çatmış azarkeşlərin oynamasına icazə verilir. Bundan başqa məsuliyyətli oyun prinsiplərinə uyğun olaraq “Topaz”-da maksimum mərc məbləğlərinə limitlər təyin edilmişdir ki, bu da vətəndaşların qeyri planlı mərclər etmələrinə qarşı yönəldilmişdir.
 
Topaz haqqında ətraflı məlumatı www.topaz.az ünvanına müraciət edərək və ya 926 nömrəsinə zəng vuraraq ala bilərsiniz.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.