21 noyabr 2012 14:52

Qələbə həsrətli Malaga və pley-offa can atan Zenit

www.etopaz.az-da Çempionlar Liqası həyəcanı davam edir. Azərbaycanın yeganə qanuni virtual mərc oyunları dileri bu gün də öz müştərilərinə maraqlı proqram təklif edir.
 
Proqram saat 16:45-də 19 yaşlılardan ibarət yığmaların oyunlarıyla başlayacaq, İtaliyanın aşağı liqalarının və Səudiyyə Ərəbistanı çempionatının qarşılaşmalarıyla davam edəcək. Nəhayət, saat 21-də əksər www.etopaz.az müştərilərinin səbrsizliklə gözlədiyi matç başlayacaq. Söhbət Çempionlar Liqasının "Zenit" - "Malaqa" görüşündən gedir. Bu matçın digərlərindən fərqi odur ki, proqnoz həvəskarları bu qarşılaşmaya həm tək, həm də canlı mərc edə bilər. Oyundan əvvəl www.etopaz.az əmsalları belə müəyyənləşdirib: "Zenit"in qələbəsi 1.60, heç-heçə 3.50, "Malaqa"nın zəfəri 4.50. Canlı mərc etmək istəyənlər isə görüşün startını gözləməlidir. Bu zaman əmsallar da oyunun axarına uyğun dəyişəcək. Bu qarşılaşma daha çox ötən gecəki "Qalatasaray" - "Mançester Yunayted" matçını xatırladır. "Mançester Yunayted" kimi "Malaqa" da artıq pley-offa vəsiqəni təmin edib və axşamkı matçın turnir vəziyyəti baxımından bu komanda üçün elə bir əhəmiyyəti yoxdur. "Zenit" isə qrup 2-cisi olmaq üçün qələbə qazanmağa borcludur. Onu da qeyd edək ki, "Malaqa" oktyabrın 31-dən bu yana keçirdiyi son 4 oyunda qələbə üzünə həsrətdir. Beləliklə, www.etopaz.az müştərilərini bu axşam maraqlı duel gözləyir - bir tərəfdə pley-offa can atan "Zenit", digər tərəfdə növbəti mərhələ vəsiqəni təmin edən, amma ardıcıl 4 oyundur azarkeşlərini məyus edən "Malaqa". Bu qrupun digər oyunu - "Anderlext" - "Milan" qarşılaşması isə Liqanın digər 6 oyunu kimi saat 23:45-də başlayacaq. Bu görüşdə canlı mərc olmayacaq, amma etopaz.az-çılar qarşılaşmaya tək mərc edə bilər. Hər iki komandanın pley-off şansı qaldığından Brüsseldə amansız mübarizə gedəcəyi şübhə doğurmur. Bu dueldə "Milan"ın qələbəsi 2.30, "Anderlext"in zəfəri isə 2.50 əmsalla dəyərləndirilir. Oyunda qalib müəyyənləşməzsə, heç-heçəyə proqnoz verənlər pullarını 3.10 dəfə artıracaq. "Dinamo Kiyev" - PSJ matçı isə meydan sahibləri üçün pley-off yolunda "son döyüş" kimi dəyərləndirilir. Kiyevlilər qələbə qazanmazsa, Çempionlar Liqası ilə vidalaşacaq. www.etopaz.az müştəriləri bu görüşə də tək mərc edə bilər. Əmsallar isə belədir:  "Dinamo Kiyev"in qələbəsi 2.60, heç-heçə 3.15, PSJ-nin zəfəri 2.25. Ümumiyyətlə, bu axşam "Arsenal"  - "Monpelye" və "Portu" - "Dinamo Zaqreb" oyunlarından başqa Liqanın digər matçlarına tək mərc etmək olar.
 
Bu günkü proqramın əsas özəlliyi isə də odur ki, gecə saat 4-də belə etopaz.az-çılar üçün tək mərc etməyə oyun var. Belə ki, bu gecə Argentina və Braziliya arasında keçiriləcək  yoldaşlıq matçına proqnoz həvəskarları tək mərc edə bilər.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.