25 may 2012 15:24

Altay Əliyev: Etopazda yeni ödəmə kanalı açıldı

Artıq 3 aya yaxındır fəaliyyətə başlayan www.etopaz.az saytı sıralarını və əhatəsini genişləndirməkdədir. Azərbaycanda ilk rəsmi virtual mərc oyunu olan www.etopaz.az –ın hazırkı hədəfi qarşıdakı Avropa çempionatına qədər müştərilərə daha rahat bir xidmət göstərməkdir.
 
NETBET şirkətinin baş direktoru Altay Əliyev artıq bu gündən etibarən NETMONEY kartları vasitəsilə də ödəmə etməyin mümkünlüyü barədə danışıb: “Fəaliyyətə başlayanadan bu günə qədər yalnız 1 ödəmə kanalımız mövcud idi. Müştərilər istənilən bank kartı vasitəsilə qeydiyyatdan keçdikdən sonra balanslarına pul yatıra və saytımızda rahat şəkildə oynaya bilərdilər. Bu gündən etibarən isə daha bir ödəmə kanalımız açıldı. Artıq geniş populyarlıq qazanmış NETMONEY kartlarını alıb, üzərlərindəki şifrəni pozub istənilən oyunçu virtual balansını artıra bilər. Əvvəldən də qeyd etdiyimiz kimi ETOPAZ heç bir ödəmə vasitəsində müştərilərdən komissiya tutmur. Yalnız bank əməliyyatları zamanı plastik kartın məxsus olduğu bank faiz tuta bilər ki burada da biz bir qədər işlər görməyə çalışmışıq. Belə ki bir neçə bank bizim müraciətimiz əsasında müştərilərə güzəştlər tətbiq etməyə başladılar. Bu barədə daha geniş məlumat www.etopaz.az saytında yerləşdirilib”.
 
Günü gündən böyüdüklərini deyən A.Əliyev hazırda 5000-ə yaxın üzvlərinin olduğunu söyləyib. Baş direktor NETMONEY xidməti ilə yanaşı digər alternativlərin də hazırlandığı və Avropa çempionatına qədər yetişdirməyə çalışdırdıqlarını diqqətimizə çatdırıb: “Azericard prosesinq mərkəzi ilə əməkdaşlıqdan tam razıyıq. Müştərilərimiz rahat pul qoya, eyni zamanda qazanclarını asan şəkildə hesablarına köçürə bilirlər. Hazırda golden pay, pay point və Bank of Azerbaijanla danışıqlarımız gedir. Müştərilər istənilən banka yaxınlaşıb nağd şəkildə balanslarına pul qoya və pul götürə biləcəklər. Eyni zamanda istənilən pay point məntəqəsindən də ödəniş etmək mümkün olacaq. Bundan sonra SMS variantı üzərində çalışacağıq. Yəni oyunçular istənilən operatordan qısa nömrəyə SMS göndərib balanslarına pul yatıra biləcəklər”.
 
Yaxın gələcəkdə bir çox sürpriz kampaniyalar keçirəcək www.etopaz.az hazırda bütün diqqətini Avro 2012-yə yönəldib. Artıq saytın 2 müştərisi Ukraynadakı oyunlardan birinə vəsiqə qazanıb. 1 müştəri isə qiymətli hədiyyə almağa çox yaxındır. “Avropa çempionatı qitənin, bəlkə də dünyanın ən nüfuzlu turnirlərindən sayılır. Biz müştərilərimizi bizimlə oynayıb, bizimlə qazanmağa çağırırıq. Kampaniyamız Avropa çempionatı ilə yekunlaşmayacaq. Yeni mövsüm ərəfəsində daha möhtəşəm kampaniya keçirmək niyyətindəyik”.
 
Hazırda müştərilərin əsas marağı canlı mərc oyunları ilə bağlıdır. Bununla bağlı Azərintelktekin böyük işlər gördüyünü bildirən Altay Əliyev yaxın gələcəkdə müştərilərin arzularının gerçəkləşəcəyini və  canlı mərcin də başlayacağını deyib.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.