14 dekabr 2011 12:03

Avroliqa həyəcanını Topazla yaşa!

“Topaz” yenə rəngarəng oyun seçimi ilə görüşünüzə gəlir. Üstəlik, bu dəfə qazanmaq imkanınız daha yüksəkdi! Çünki günün proqramında Avro Liqa həyəcanı var. Bu yarışın qrup mərhələsinin son turu ərəfəsində demək olar ki, komandaların nəyə qadir olduğu və nəyə iddia etdiyi artıq bəllidi. 
 
“Beşiktaş” ilk oyundakı məğlubiyyətin revanşını almaq və qrupu lider tamamlamaq üçün mütləq “Stok Siti”ni “İsmət İnönü” stadionundan əliboş yola salmalıdı. Heç- heçə təqdirində ingilislər birinci, “qara qartallar” ikinci pillədən növbəti mərhələyə yüksəlir. Məğlubiyyət isə Kiyev “Dinamo”suna qrupdan çıxmaq imkanı yaradır. Amma bunun üçün elə bir stimulu olmayan “Stok”un qələbəsi kifayət etmir. “Dinamo” Tel-Əviv “Makkabi”sinin qapısına mümkün qədər çox top vuraraq, qələbə çalmalıdı. Kiyevdəki qarşılaşma proqnozlaşdırıldığı kimi məhsuldar keçəcəkmi? “Qarta Qartal” riskə gedəcək, yoxsa sakitcə heç-heçəsini oynayacaq? Siz necə düşünürsüz? Cavabınızı “Topaz” məntəqələrində qəbul edirik.
 
Digər qruplarda da oxşar vəziyyətlər və daha intriqalı qarşılaşmalar var. Seçimi sizin ixtiyarınıza buraxırıq. Bundan başqa, Yaponiyada təşkil edilən Klublar arasında Dünya Çempionatında iki çox maraqlı duel var.  Üstəlik, “Monterrey” – “Esperanse” və “Kaşiva” – “Santos” görüşləri TƏK oyun kimi də qəbul edilir.
 
Düşünürük ki, Türkiyə çempionatının bu günə təxirə salınmış “Trabzonspor” – “Gənclərbirliyi” matçı da diqqətinizi çəkməlidi. Başı Çempionlar Liqasına qarışan trabzonluların fikrini Superliqaya yönəltmək vaxtı çoxdan çatıb.
 
“Topaz” sizləri əsl futbol həyacanını bizimlə yaşamağa və qazanmağa dəvət edir. Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

 

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.