9 dekabr 2011 14:25

İkincilərin döyüşü Topazda!

Cümə günü sizlərin görüşünə 25 qarşılaşma ilə gəlmişik. Topaz-ın proqramının geniş və əhatəli olması, ölkənin tək qanuni mərc oyunları operatorunun sizlərin istəklərini nəzərə almasının göstəricisidi.
 
Almaniya Bundesliqasından tutmuş Hollandiya I divizionunadək bir neçə çempionatdan ibarət proqramımızda oyunçuları zənginləşdirməyə bəs edəcək sayda matç var.
 
Belçikada lider “Anderlex” meydana çıxacaq. Rəqibi çempionatın ən çox qol buraxan ikinci komandasıdı – “Mexelen”. Doğma azarkeşləri önündə məhsuldarlığına görə çempionatın ikinci komandasını qəbul edəcək “Mexelen”in işi çətin olacaq. Bolqollu keçəcəyi proqnozlaşdırılan qarşılaşmanın favoriti “Anderlext”di. Lakin qonaqların favorit göstərilməsi heç də onların lider olması ilə əlaqədar deyil. “Anderlext” birincilik kürsüsündən bərk yapışmaqla yanaşı, həm də “Mexelen”i ən çox məğlub edən komandadı. Ekspress kupon tərtib edənlər üçün “Mexelen” – “Anderlext” qarşılaşması ideal seçim olacaq. Çalışın Topaz-ın yaratdığı fürsətdən maksimum yararlanın.
 
15 turun 7-də meydanı bərabərliklə tərk etməklə “Herta” Bundesliqanın ən çox heç-heçə edən komandasıdı. Berlində, doğma azarkeşləri önündə “Herta”, çempionatın qeyri-stabil qrafik cızan komandasını qəbul edəcək. Topaz-ın proqramında TƏKli oyun kimi sizlərə təqdim olunan “Herta” – “Şalke” qarşılaşmasında futboldan həzz almağın tək yolu, qazanan tərəfin sizlər olmasıdı. Odu ki, yolunuzu Topaz məntəqələrinə salmağa dəyər.
 
İkincilərin, yəni aparıcı Avropa ölkələrinin aşağı liqa qarşılaşmalarının da yer aldığı bugünkü proqramımızda, azarkeşlər Ukrayna Premyer Liqasının da matçına görə bilərlər. Kiyev “Obolon”u “Tavriya”nı qəbul edəcək. Premyer Liqanın sonuncusu ilə 7-ci pillənin sakini arasındakı qarşıdurma ilk baxışdan maraqsız görünə bilər. Lakin unutmamalısız ki, Topaz-ın proqramında yer alan hər bir matç seçilmiş oyundu və məqsəd oyunçuların mənfəətini təmin etməkdi. Rahatlıqla qeyd edə bilərik ki, Kiyevdə döyüş olacaq. Çünki hər iki komanda da son oyunlarını 3 xalla tamamlayıb və çalışır ki, qələbəni seriya halına salsın. Kağız üzərində favorit Simferopol təmsilçisi göstərilsə də, “Obolon”un meydandan qələbə ilə ayrılmaq ehtimalı yüksəkdi. Əksini düşünürsüz? Elə isə düşüncələrinizdən pul qazanmağa tələsin, Topaz məntəqələrinə gəlin.
 
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.
 

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.