7 dekabr 2011 13:14

Qeyri-qanuni fəaliyyətə ölkə başçısından zərbə

İdmanın iqtisadi sahəyə çevrilməsi, onun inkişafı, həmçinin bu sahədən gələn vəsait hesabına ölkə vətəndaşlarının rifahının yüksəldilməsi üçün Azərbaycan hakimiyyəti artıq bir müddətdi ciddi fəaliyyət göstərir. Azerisport.az xəbər verir ki, bigər sivil ölkələrdə olduğu kimi Azərbaycanda da idmanın yalnız həvəskar səviyyədə mövcudluğunu sürdürməsinin sonuna az qalıb.
 
Belə ki, milyonlarla vətəndaşın yaxından maraqlandığı bu sahədə də peşəkarlaşma labüddü. Hakimiyyətin bu sahədə uzun-uzadı araşdırmanın ardından hərəkət etməsi anlaşılandı. Çünki dövlət öz təbəələrinin yaxşı yaşaması üçün hərəkət etməzdən öncə atılacaq addımın ziyanının minimum olmasına çalışır.
 
İdmanın əsas gəlir sahəsi mərc oyunları ilə bağlıdı. Dövlət bu sahəyə marağın yalnız nəzarət altında artmasında, bu prosses zamanı vətəndaşlarının maliyyə durumunun pisləşməsinə deyil, yaxşılaşmasına nail olmağa çalışır. Qeyri-qanuni fəaliyyət göstərən bukmeker kontorlarının təqib olunmasının, onların mövcudluğuna xitam verilməsinin səbəbi məhz bu amillə, yəni vətəndaşların rifahının pisləşməsini önləmək üçün atılan addım kimi əlaqələndirmək lazımdı.
 
Respublika prezidentinin bir neçə gün əvvəl imzaladığı qanunla qeyri-qanuni mərc oyunu təşkil edən, ölkə iqtisadiyyatına milyonlarla manat ziyan vurmaqla yanaşı, çoxlu sayda insanın yoxsullaşmasına səbəb olan şəxslərin fəaliyyətinə son qoyulacaq. Yəni, qadağan olunmuş kontorları işlədən insanlar artıq Mülki Məccəllə ilə deyil, Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunacaqlar. Prosses sonunda belə insanları külli-miqdarda cərimə ilə yanaşı, həm də həbsxana həyatı gözləyir. Təbii ki, cəmiyyətin mənafeyinin qorunmasını kimlərinsə həbsindən ibarət olduğunu düşünməmək lazımdı.
 
Ölkə başçısı bu addımı atmaqla həm büdcə vəsaitinin artmasını, həm Azərbaycan idmanının inkişafına təkan verməyi, həm də ölkə vətəndaşlarının zənginləşməsinə nail olacaq.
Xatırladaq ki, qeyri-qanuni fəaliyyət göstərən kontorların bağlanması heç də mərc həvəskarlarının əl-qolunu bağlamayacaq. Artıq oyunçular ölkə ərazisində bir müddətdi fəaliyyətini sürdürən "Topaz" məntəqələrində mərc oynaya biləcəklər. Bunu etməklə onlar uduşlarına rəsmi dövlət təminatı almış olacaqlar.
 

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.