29 noyabr 2011 14:02

Topazdan müştərilərinə növbəti şans

Premyer Liqa çempionluğu qədər prestijli olmasa belə, İngiltərədə kuboklara, özəlliklə Liqa Kubokuna maraq böyük olur. Azerisport.az xəbər verir ki, Azarkeşləri bu yarışlara cəlb etmək üçün vaxtıyla çox çalışan ölkənin ali futbol qurumu, indi çəkdiyi əməyin bəhrəsini götürür.
 
Elə komandalar üçün də kubok qarşılaşmalarında uğurlu olmaq sərfəlidi. Axı meydanda olduqları hər 90 dəqiqədən götürdükləri gəlirlə yanaşı, federasiya və sponsorlardan da kifayət qədər böyük vəsait alırlar. Topaz da öz növbəsində müştərilərinin bu tarixi və məşhur birinciliklərə yaxın olmasına, ordan qazanc götürməsinə şərait yaratmağa çalışır. Liqa kubokunda bu gün bir-birindən maraqlı bir neçə qarşılaşma keçiriləcək ki, onlardan ən çox diqqət cəlb edəni “Çelsi” – “Liverpul” və “Arsenal” – “Mançester Siti” matçlarıdı. Topaz-ın TƏKli oyun kimi proqramına daxil etdiyi bu matçların demək olar ki, hər saniyəsindən pul qazanmaq imkanınız var.
 
“Çelsi”nin bu ay, Premyer liqada “Liverpul”a doğma azarkeşlər önündə məğlub olmasından bütün futbolsevərlər agahdı. Liqa kubokunda London təmsilçisinin revanş almaq üçün əla şansı var. Gəl ki, “Liverpul” həmişə pley-off komandası kimi tanınıb və azarkeşlərini üzməmək üçün tək çıxış yolu mövsümü heç olmasa kubok qazanmaqla tamamlamaqdı. Odu ki, oyunçuları maraqlı matç gözlədiyini rahatlıqla qeyd edə bilərik. Topaz məntəqələrinə gəlməklə, “Çelsi” – “Liverpul” qarşılaşmasında qazanan tərəf məhz siz ola bilərsiz.
 
Gəncləşdirmə siyasəti başına bəla açan, uzun illər sonra ilk dəfə istefa təhlükəsi ilə üz-üzə qalan Arsen Venger mövqeyini möhkəmlədirə bilər. Laxlayan kreslosunun sınmaması üçün “Arsenal”ın baş məşqçisi öncə “Mançester Siti” maneəsini aşmalıdı. Premyer Liqanın liderini məğlub edərsə, “topçular”ın kuboku başı üzərinə qaldırması üçün əsas problemlərdən biri arxada qalacaq. Londonluların bunu bacarıb-bacarmayacağını isə Topaz müştəriləri hamıdan öncə müəyyənləşdirə və bunu etməklə də maddi rifahını yaxşılaşdıra bilərlər.
 
İngiltərədə Liqa Kuboku ilə yanaşı Çempion Liqa və digər aşağı divizion qarşılaşmaları da keçiriləcək. Bu isə oyunçulara imkan verir ki, az miqdarda pul yatırmaqla, zəngin olsunlar. Ekspress kuponlarınızda yer verə biləcəyiniz ən əsas qarşılaşma Nou Kampdakı “Barselona” – “Rayo Vallekano” matçı olacaq. Həftəsonunu məğlub tamamlayan Kataloniyalıların qarşılaşmasını TƏKli oyun kimi və ayrı-ayrı mülahizələr yürütməklə də oynaya bilərsiz. “Barsa”nın məğlubiyyətin təsadüf olduğunu sübut edib-etməyəcəyini sizlər – Topaz müştəriləri müəyyənləşdirə və bunun qarşılığında zəngin ola bilərsiz.
 
“Napoli”nin doğma azarkeşlər önündə favorit göstərilməsi normaldı. Hətta rəqib “Yuventus” olsa belə, “Napoli” ənənəsini pozası deyil. Çünki bu komandadan Neapolda xal qoparmaq çox çətindi. SERİA A-nın lideri “Yuve”nin səfərdən xal və ya xallarla dönəcəyini düşünürsüzsə, Topaz məntəqələrinə tələsin. Unutmayın ki, futbol seyr edə-edə qazanmağın tək ünvanı Topaz-dı.
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.