19 oktyabr 2011 13:53
ÇL oyunları üçün mütəxəssis proqnozu
Portu – Apoel
Avroliqanın son qalibi Portu Apoelə “yerini göstərməlidi”. Mövsümün sürprizi 2 turdan sonra liderliyi ələ alıb. Portu isə bu oyunda qalib gəlməklə ilk pilləyə qalxa bilər. Bunun üçün onlara “Estadio Draqao”nun mükəmməl atmosferi kömək etməlidi.
Şaxtyor Donetsk – Zenit
“Şaxtyor” da turnirə yaxşı başlamayıb. Ötən mövsüm ¼ finala kimi irəliləmiş komanda, hazırda cədvəlin “zirzəmisi”ndə qərarlaşıb. Odur ki, Mirça Luçeskunun yetirmələri bütün oyunlara qələbə əzmi ilə çıxmalıdırlar. “Zenit” çətin rəqib olduğundan hücumların ilk dəqiqələrdən bəhrəsini verməsi lazımdır olacaq. Əks halda vaxt keçdikcə “Şaxtyor” tələsəcək, “Zenit”in əks-hücumları üçün şərait yaranacaq.
