11 oktyabr 2011 14:25

Topazdan AÇ-2012 ilə bağlı mətbuat xülasəsi

Çərşənbə axşamı 11 oktyabr tarixində, AÇ-2012 kuboku uğrunda Almaniya və Belçika komandaları arasında keçiriləcək qarşılaşma günün ən maraqlı və cəlbedici oyunu olacaq.
 
Çox güman ki, belçikalılar turnir cədvəlində irəli çıxmaq üçün Almaniya komandasına qalib gəlməli olacaqlar. Belçika komandasının baş məşqçisi komandanın şansı olduğunu bildirir və öz komandasından bu olduqca çətin, hətta qeyri-mümkün tapşırığın öhdəsindən gəlməyi xahiş edir.
Cümə günü Belçika milli komandasında öz 23-cü oyunu zamanı ilk qolunu vurmuş yarımmüdafiəçi Eden Azar da məşqçinin bu fikri ilə razıdı.
 
Düsseldorfda keçiriləcək bu oyunda Almaniya yığmasının yarımmüdafiəçisi Mario Getse meydançaya çıxmayacaq və çox ehtimal ki, dizində problemi olan hücumçu Miroslav Kloze də oyunu kənardan izləməli olacaq və bu, belçikalıların vəziyyətini bir qədər yüngülləşdirə bilər.  Lakin bunun əvəzində almaniyalı yarımmüdafiəçilər Toni Kroos və Mesut Özil heyətə qayıtmalıdırlar.
Həmin gün keçirilən qarşılaşmalar arasında ikinci maraqlı oyun Danimarka və Portuqaliya yığmalarının görüşü olacaq. AÇ-2012 seçim mərhələsinin yekun matçında Danimarka yığması 8 oktyabr 2010-cu ildə keçirdiyi səfər oyununda 3:1 hesabı ilə məğlubiyyətə uğradığına görə bu dəfə doğma “Parken” stadionunda portuqaliyalılardan qisas almağa cəhd göstərəcək.
Bu vaxta qədər Danimarka və Portuqaliya yığmaları yaşıl meydançada 11 dəfə qarşı-qarşıya gəliblər. Skandinaviyalıların hesabında iki qələbə, iki heç-heçə və yeddi məğlubiyyət var. Danimarkalılar isə doğma divarlar arasında cəmi bir dəfə qələbə sevinci yaşayıblar, qalan görüşlərdə isə meydançanı iki dəfə heç-heçə hesabı ilə, üç dəfə isə məğlub kimi tərk ediblər.
Bu idman bəhsində hamıya bol şanslar arzu edirik!

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.