8 oktyabr 2011 14:48

Topaz rekord uduşu təsdiqlədi

Populyar idman mərc oyunları Operatoru “Topaz”dan növbəti sürpriz 186.694 AZN olub! Azerisport.az xəbər verir ki, bu hadisə bir həftə əvvəl Mehdi Hüseyn küç., 69 ünvanında yerləşən ”Topaz” agentində baş verib. Ən təəccüblüsü odur ki, qalib cəmi 4 oyunun hər birində vurulacaq ümumi qolların sayının 7-dən çox olacağını düzgün proqnozlaşdırıb. 
 
Bu mərcin əmsalı təkcə Azərbaycanda deyil, həm də ötən 10 il ərzində Türkiyədə belə qeydə alınmamış  rekord rəqəmdir. Təbii ki, bu uduş təkcə bizim ictimaiyyəti deyil, həm də 2 AZN yatırıb, bir dəfəyə varlanan qalibimizi də şoka salıb. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, demək lazımdır ki, 186.694 AZN-lik uduşun sahibi yetərincə erudit futbol fanatıdır və 4 oyunun hamısının nəticəsini nəfis proqnozlaşdırırıb.
 
Hazırda qalib “Topaz”ın bank-tərəfdaşlarından biri olan “Bank of Azerbaijan”ın baş ofisində öz uduşunu artıq əldə edib. Çoxları ola bilsin ki, elə həmin bankda  depozit hesabı açmağa üstünlük versələr də, bir anda varlanan futbol fanatı pulları nəğd almağa üstünlük verdi.
 
Ümumi təəssüfümüzə baxmayaraq, küllü miqdarda pulun xoşbəxt sahibi təkcə mətbuata müsahibə verməkdən imtina etmədi, həm də Azərbaycanda ilk dəfə belə böyük uduşun qeydə alınmasını önəmli hadisə hesab edən “Topaz” rəhbərliyi ilə də görüşdən çəkindi.    
 
Onun rədd cavabının səbəbləri olduqca aydındır – bundan da az miqdarda pula görə baş verən cinayət hadisələri ilə kriminal xronikanın dolduğu bir vaxtda, əlində kifayət qədər böyük kapitalı olan birinin adını açıqlayaraq, özünə xüsusi maraq cəlb etmək istəməməsi anlaşılandır.
 
Bu hadisə cəmiyyətdə də bir-birinə zidd şaiyələrə səbəb oldu və insanları 2 cəbhəyə böldü: bəziləri bu uduşun baş verdiyinə ümumiyyətlə inanmır, digərləri isə qalibin yerinə ürəkdən sevinir.
 
Sözügedən hadisənin baş verdiyinin təsdiqi olaraq, redaksiya, oxucularının diqqətinə uduşun ödənilməsini təsdiqləyən bank sənədini təqdim edir.
 
Bizə isə qalib-rekordsmenə gələcəkdə uğurlar və qazandığı vəsaiti savadla xərcləməyi arzu etmək qalır!
 
"Topaz"

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.