7 oktyabr 2011 13:34

Topazda mütəxəssis məshələti

"Topaz" oyunçularının işini asanlaşdırmaqda davam edir. Azerisport.az xəbər verir ki, daim oyunçularının daha çox pul qazanmasına çalışan milli bukmeyker kontoru bu dəfə də onlara yardım etmək qərarına gəlib.
 
Bu məqsədlə "Topaz" oyunçularına xüsusi kuponlar təqdim edir. Kuponları keçmiş futbol şərhçisi Asif Bağırov və "Topaz"ın agenti Seymur Əliyev hazırlayıb. Bağırov 6, Əliyev isə 5 oyundan ibarət kuponlar hazırlayıb.
 
Asif Bağırov - keçmiş futbol şərhçisi
 
Azərbaycan - Avstriya
Final mərhələsindən əlini üzmüş və perspektiv barədə düşünən Avstriya millisi çox güman ki, Bakıda yeni oyunçuları sınaqdan keçirəcək. Belədə, rəqib futbolçular arasında oyundaşlığın olmaması xeyrimizə işləyər. Millimiz isə indiyə kimi seçmə mərhələlərdə bu cür uğurlu iştirak etməyib. Amma bu amil, oyunçularımızda özündənrazılıq yox, özünəəminlik yaratmalıdı.
 
Rumıniya - Belarus
Komandalar demək olar ki, play-off mərhələsinə vəsiqəni itirib. Bosniya və Hersoqovinanın bu gün Lüksemburqu rahatlıqla udacağı halda, hansı ki, şübhə doğurmur, Rumıniya - Belarus oyunu formal xarakter alır. Buna baxmayaraq Rumıniya millisini doğma publika önündə qələbə qazanmaqla seçmə mərhələdəki uğursuzluğu qismən unutdura bilər.
 
Türkiyə - Almaniya
Almaniyanın işləri həll olunub. Odur ki, Bundestim Türkiyəyə rahat gəlir. İntizamlı müdafiəsi ilə seçilən alman komandası və ələ düşmüş fürsətləri sağa-sola xərcləyən türk millisinin oyunu "alt" proqnozu ilə bitər. Almaniyanın kəskin əks-həmlələri var. Amma nəzərə almaq lazımdı ki, stadionun səs-küylü aurası fonunla qonaqlar əsasən qapının toxunulmazlığının qeydinə qalacaqlar.
 
 
Seymur Əliyev - "Topaz" agenti
 
Serbiya – İtaliya
Bu komandaların ötən il, Cenoadakı "Luici Ferrari" stadionundakı ilk görüşündə, Serbiya yığması, azarkeşlərinin xuliqan hərəkətlərinə görə, Şotlandiyalı hakim Kreyq Tomsonun oyunu dayandırması ilə texniki məğlubiyyət almışdı. Beləliklə, Cümə günü keçiriləcək görüşdən əvvəl Serbiya yığması "C" qrupunda, 8 xalla lider olan İtaliya yığmasında sonra ikinci yerdə qərarlaşıb.
Balkanlardan yığmanı, onları izləyən estonlardan isə cəmi 1 xal fərqi ayırır. Əlbəttə, serblərin Avropa çempionatında sadəcə tamaşaçı qismində qalacaqları az inandırıcı görünür. Amma hadisələrin bu cür inkişafını da istisna etmək olmaz.
Cümə günü Vladimir Petroviçin yetirmələri üçün həm baş məşqçinin taleyinin həll olunduğu, həm də Serbiya yığması oyunçularının gələcək məzuniyyətlərinin yeri və vaxtının müəyyənləşəcəyi həlledici vaxtdı.
İtalyanlara gəldikdə isə onlar AVRO-2012-yə vəsiqəni vaxtından əvvəl alaraq, əsas məsələni çoxdan həll ediblər. Çezare Prandelli növbəti matçlarda gənclərə yol aça və müəyyən sxemləri çalışaraq, bir qədər eksperimental futbola yer verə bilər. Elə Appenin yarımadasının oyunçuları da yenicə başlamış Avropa mövsümündə özlərini çox yormaq həvəsində olmayacaq.
Bu oyuna proqnoza gəlincə isə... oxucular nə qədər təəccüblənsələr də, real faktlara istiqamətlənmək lazımdı. Serblər qələbə qazanmalı, xal yığmalıdırlar. İtaliya - ehtiyat oyunçularını oynadaraq, sadəcə top oynadacaq.
Nəticə: serblər qazanacaq (1) və ya vurulan qollar 2,5-dən az olacaq (Alt). Risq etməyi sevənlər üçün daha macəralı, amma bir o qədər də maraqlı mərc tövsiyyə edə bilərəm: serblərin 1 qol minimal üstünlüklə qələbəsi, yəni X(F).

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.