20 sentyabr 2011 14:48

İngiltərə Premyer Liqası: şər deməsən, xeyir gəlməz

5-ci turun əvvəlcədən hadisələrlə zəngin olacağı bəlli idi: “Çelsi”, “Mançester Yunayted”ə qonaq getdi, tura zəif başlayan “Tottenhem”, bir çoxlarının heyran olduğu “Liverpul”u qəbul etdi, problemli “Arsenal”, özündən daha da problemli “Blekbörn”ün sahəsində oynadı. Amma bu və digər qarşılaşmalarda baş verən hadisələrin inkişafı, mütəxəssislərin vəd etdiklərindən daha maraqlı oldu.
 
Xalq məsəli: qollar daha çox boş qapılara vurulur.
 
Turun əsas hadisəsi, əlbəttə ki, Mançesterdə, son illərin liderləri – MY və “Çelsi”nin görüşdüyü qarşılaşma oldu. Hesaba görə, oyun, ev sahiblərinin inamlı qələbəsi ilə yekunlaşdı, amma, əslində, meydançada hadisələr o qədər də birmənalı deyildi. “Çelsi” çox yaxşı təsir bağışlayırdı, Andre Villaş-Boaşanın komandası böyük hesabla məğlub olmaqdan daha çoxuna layiq idi. Əgər ilk oyunlarda nəzərə çarpırdı ki, “Çelsi”nin oyunlarında heç bir dəyişiklik yoxdur, indi yavaş-yavaş oyun mənzərəsinin dəyişdiyini görmək olar. “Göylər”in tərkibi daha təravətli və cavan olmağa, oyunun özü isə texniki cəhətdən daha mükəmməlləşməyə başlayıb. “Çelsi” daha fəal oyun təklif edərək, vuruşların istiqamətini dəyişərək, hücuma daha güclü keçməyə çalışırdı. Qonaqlar MY-in zəif tərəflərini öyrənir və rəqibin müdafiə xəttinin önündəki boşluqlardan yararlanmağa çalışırdı.
 
Hər şey yaxşı ola bilərdi, amma rəqib bir-birinin ardınca bütün imkanlardan soyuqqanlı yararlanmasa, sən isə boş qapılara belə vura bilmirsənsə, uğura inanmaq çox çətindir. İlk taymda Ramires, fasilədən sonra isə Fernando Torres çox böyük imkanları əldən verdilər. Ən toxunan isə odur ki, Torres bundan öncə təkcə usandıran qolsuz seriyanı dayandırmamış, o həm də daha əvvəllər yoxluğuna gileyləndiyi vertikal ötürmələr olan orta xəttin dəstəyini alaraq, özünü yaxşı göstərməyə nail olmuşdu. Amma realizasiya cəhətdən Fernando çox az irəliləmişdi – 6 cəhddən cəmi 1-də top tora keçmişdi.
 
Hakimləri mühakimə etmək yaxşı deyil...
 
“Stouk”un meydançasında məğlubiyyətindən sonra, Kenni Danqliş hakimlərdən çox şikayətlənirdi ki, onlar onun komandasının xeyrinə qərar qəbul etmirlər. Bu dəfə o birbaşa cavabdan çəkinərək, “Tottenhem”lə oyundakı hakimin işini “başqa vaxt” müzakirə etməyə söz verdi. Amma hər şeyi hakimin üstünə atmaqdan asan heç nə yoxdur. Belə ki, o, “Liverpul”un 2 oyunçusunu da meydançadan çıxartmışdı. Danqlişin “Liverpul”u, rəqib üstünlüyü ələ alan zaman, özünü o qədər də yaxşı hiss etmir. O özü cəld hərəkət etməyi sevir, burda isə “Tottenhem”in oyunçuları daha çox temp təklif edərək, rəqibə hərəkət üçün nə vaxt, nə də məkan buraxaraq, çox güclü pressinq etmişdilər. Bir-birinin ardınca olan qayda pozuntuları və cəzalar gəlmişdi – “Liverpul”un oyunçuları sadəcə çatdırmamışdılar. Bu, “Tottenhem”in vurduğu epizodlara da aiddir.
 
Stoukda böyük üstünlüyünü dəyərləndirə bilməyən və “Tottenhem”lə oyunda meydançanın əsas hissələrində məqamları əldən verən “Liverpul” hər iki oyunu öz gümahına görə uduzdu.

Похожие новости

TOPAZ 04 aprel

Xarici bukmeker kontorlarının yalanı

Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı.
TOPAZ 09 noyabr

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları olan "Topaz"da növbəti həftəsonu 117 matçla başlayır.
TOPAZ 08 oktyabr

«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?

Milli çempionatlarda həftəsonu yaşanan ənənəvi “futbol bumu” başa çatsa da, “Topaz”da futbol və qazanmaq həyəcanı davam edir.
TOPAZ 05 oktyabr

«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "qaynar" bir həftə sonu başlayır.
TOPAZ 03 oktyabr

«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!

Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır.
TOPAZ 22 sentyabr

«Qara Bazara» son zərbə

Qeyri qanuni olaraq həyata keçirilən mərc oyunlarının qarşısının alınması üçün ciddi addımlar atılır.
TOPAZ 10 yanvar

Bakı sakini Topazda 250 000 manat uddu

İdman-mərc oyunları rəsmi operatoru «Topaz»da növbəti möhtəşəm uduş qeydə alınıb.
TOPAZ 13 dekabr

Kubok oyunlarının favoritləri açıqlandı

İdman mərc oyunları operatoru "Topaz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
TOPAZ 06 dekabr

Topaz Qarabağın heç-heçə etməsinə daha çox inanır

İdman mərc oyunları operatoru "Topaz" "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı oyunları üçün əmsalları açıqlayıb.