5 avqust 2011 14:32
Topaz Qəbələ - Bakı matçının favoritini müəyyənləşdirə bilmədi
Topaz bukmeker kontoru futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz təxirə salınan “Neftçi” - “Qarabağ” matçı istisna olmaqla qalan bütün görüşlər üçün komandaların şanslarını dəyərləndirib.
Bu mənada daha çox diqqət çəkən matç – “Qəbələ” – “Bakı” görüşü üçün Topazın əmsalları maraq doğurur. Belə ki, bukmekerlər bu komandaların hansınısa favorit göstərməkdə çətinliklə üzləşiblər.
Premyer Liqa
1-ci tur
KƏPƏZ – RƏVAN 1.90 3.10 3.20
İNTER – TURAN 1.20 5.00 8.00
SİMURQ - AZAL 2.70 3.10 2.15
QƏBƏLƏ – BAKI 2.40 3.10 2.40
XL – SŞ 1.20 5.00 8.00
