27 iyul 2016 17:30

Federasiya prezidenti gənc basketbolçuları təltif etdi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi yeniyetmə oğlanlardan ibarət U-18 və U-16 yığma komandalarımızın üzvləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov gənc basketbolçularımızı salamlayaraq milli komandalarımızı Avropa Çempionatlarında (C Divizionu) qazanılan yüksək nəticə münasibətilə ilə təbrik edib.

Federasiya rəhbəri xüsusən aşağıdakıları qeyd etdi: "U-18 San Marinoda böyük uğur qazandı. Endər Poladxanlı isə yarışın ən dəyərli oyunçusu (MVP) və Avropa birinciliyinin simvolik beşliyinə seçildi. Eyni zamanda, ilk dəfə Avropa Çempionatına qatılan U-16-nın gümüş medalını də qızıl kimi dəyərləndirirəm. Gənc basketbolçumuz Papuna Kirtadze yarışın ən dəyərli oyunçusu (MVP), komandanın iki oyunçusu Papuna Kirtadze və Saadettin Donat Avropa birinciliyinin simvolik beşliyinə seçiliblər. Bu onu göstərir ki, millimizin böyük potensalı var. Biz federasiya olaraq 5, 7, 10 illik proqram üzrə işləyirik. İnanıram ki, bu komandaların oyunçuları 5 ildən sonra əsas yığma olaraq ölkəmizin şərəfini ləyaqətlə qoruyacaq".

Daha sonra Avropa Çempionatının qalibləri və gümüş mükafatçıları federasiya rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif edilib.

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: