28 iyul 2016 19:00

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi:

- Komandanın turnirdəki çıxışını necə dəyərləndirirsiz?
- Bundan da yaxşı ola bilərdi. Finalda daha yaxşı oynaya bilərdik. Məncə, həyəcan uşaqlara finalda bacarıqlarını tam nümayiş etdirməyə imkan vermədi. Amma 8 ay bundan əvvəl mənə desəydilər ki, ikinci yeri tutacaqsız, buna inanmazdım. Bu nəticə bizim üçün böyük uğurdu. Komandanı təbrik edirəm.

- Qrupda Cənubi Kiprə cəmi minimal fərqlə uduzmuşduz. Deməli, bu rəqibə qalib gəlmək olardı.
- Əlbəttə. Məğlubedilməz komanda yoxdu. Bəlkə məndə də günah var. Yarımfinaldakı rəqiblə finaldakı rəqibə qarşı eyni cədvəl üzrə hazırlaşdıq. Bəlkə də bu yanlış addım idi. Gələn il yenə Cənubi Kiprlə qarşılaşacağıq. Görək gələn dəfə necə olacaq.

- Kiprlilər də milliyətcə yunandı. Deməli həm basketbol ənənələri, həm də güclü azarkeş dəstəyi var. Finalda bunun da rolu oldu?
- Bəli. Zal tam dolmuşdu. Azarkeş dəstəyi rəqibin daha yaxşı, bizim isə təzyiq altında oynamağımıza səbəb oldu. Bununla belə uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Düzdü, hücumda məhsuldar oynamadıq. Ancaq müdafiəmiz etibarlı idi.

- Heyətdə bir neçə legioner var idi. Komandada gürcülər və türklər də oynayırdı. Onlara bu dərəcədə ehtiyac var idi?
- Bizdə cəmi 2 legioner var. Onlar da gürcüdü. Qalanları burda yaşayan qeyri-azərbaycanlılardı. Gürcülər də basketbolumuzun gələcəyi naminə “milliləşdirilib”.

- Gələn il U-18-in üzvləri U-20 kimi B divizionuna qatılacaq. Bəs sizin komanda U-18 kimi B divizionunda iştirak edəcək?
- Həm U-16, həm U-18, həm də U-20 Avropa çempionatına qatılacaq. U-16-da dörd oyunçu 2001, biri isə 2002 təvəllüdlüdü. Bu komandamız çox gəncdi. Yaş limitini aşanlar U-18-də, qalanları U-16-da çıxışını davam etdirəcək. Basketbolçularımızın gələcəyini çox parlaq görürəm. Hazırda 200 uşaq basketbolçumuz varsa, bir-iki ildən sonra bu say 400-ə çatacaq.

- Yığmalar üçün seleksiya işləri necə gedir?
- Çalışırıq ki, bölgələrdən yeni-yeni oyunçular tapaq. Bu məsələylə bağlı federasiyada müzakirələr aparırıq. Rayonlarda basketbol bölmələri açmaq istəyirik. Bunu edə bilsək, seçim şansımız xeyli artacaq. Basketbol sürətlə kütləviləşəcək. 8 ay bundan əvvəl U-16-da işə başlayanda 20 uşaqdan 12-sini yığmaya götürdüm. İndi 2002-03 və 2003-04 təvəllüdlü uşaqlardan ibarət 15-ə yaxın komanda fəaliyyət göstərir. Sadəcə, başımızı aşağı salıb işləmək lazımdı. Gördüyünüz kimi, biz də elə bunu edirik.

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Bakıda basketbolun 3x3 növü üzrə turnirin ikinci mərhələsi

7 avqust 2016-cı il tarixində Bakıda "Basketball 3x3 Championship in Baku 2016-2017 — (Tour 2)" turunun ikinci mərhələsi keçiriləcək.