25 iyun 2016 00:25

Basketbol Federasiyasına yeni vitse-prezident təyin olundu

Azərbaycan Basketbol Federasiyasına (ABF) yeni vitse-prezident təyin olunub. Azerisport.az xəbər verir ki, bu barədə qərar Federasiyanın idarə heyətinin növbədənkənar iclasında qəbul edilib.

İclasda gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq və 16 yaşadək idmançıların yetişdirilməsinə diqqətin artırılması məqsədilə Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev Federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.

Həsənağa Rzayev 1977-ci il avqustun 5-də Bakıda anadan olub. Hələ məktəbli ikən sərbəst güləşlə məşğul olaraq, dəfələrlə paytaxt və respublika çempionu adını qazanıb. 1993-1998-ci illərdə sərbəst güləş üzrə Azərbaycanın yığma komandasının heyətində beynəlxalq turnirlərdə və Avropa çempionatında ölkəmizi təmsil edib. O, 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsini bitirib. İkinci ali təhsilini 2006-2009-cu illərdə Azərbaycan Dövlət İnşaat Universitetinin su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində alıb. 2004-2009-cu illərində BP şirkətində əmək fəaliyyəti ilə məşğul olub. 2009-cu ilin oktyabrından Milli Olimpiya Komitəsində icra aparatı rəhbərinin köməkçisi vəzifəsində çalışır. Ailəlidir, üç övladı var. (Azərtac)

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: