22 iyun 2016 13:20

Tahir Baxşıyev: Güclü komandalarla qarşılaşmaq bizə müsbət təsir edəcək

U-18 basketbol yığmamız iyulun 8-dən 15-dək San-Marinoda keçiriləcək Avropa çempionatının C divizionuna hazırlığı davam etdirir. Millimiz A qrupunda Cəbəllütariq, Andorra və Monakoyla qarşılaşacaq. B qrupunda isə Uels, Malta, San-Marino, Kosovo və Moldova yer alıb.

 Komandanın baş məşqçisi Tahir Baxşıyev azerisport.az saytına hazırlıq prosesindən danışdı: “Dövlət Neft Akademiyasının idman zalında məşq edirik. İki gün əvvəl Gürcüstandan qayıtmışıq. Qonşu ölkədə 2 yoxlama oyunu keçirdik. Əvvəlcə Gürcüstan klublarından birinin 18 yaşadək komandasıyla qarşılaşdıq və 20 xal fərqiylə qalib gəldik. Daha sonra Gürcüstanın U-20 yığmasıyla üz-üzə gəldik və 17 xal fərqiylə uduzduq. Həm yaş fərqi, həm də gürcülərdə basketbolun daha yaxşı inkişaf etməsi sözünü dedi. Ayın 23-də Gürcüstandan bir basketbolçu da düşərgəmizə qoşulacaq. Qaydalara görə hər komanda bir legionerdən istifadə edə bilər. Həmin basketbolçu oyun qurucusu və “2 nömrə” kimi oynaya bilir. İyunun 28-də Belarusa yollanacağıq. Orda bu ölkənin U-18 komandasıyla 2 yoxlama oyunu keçirəcəyik. Belarusda Gürcüstanın U-18 yığmasıyla da qarşılaşacağıq. Hər iki komanda Avropa çempionatının B divizionunda mübarizə aparır. Güclü komandalarla qarşılaşmaq bizə müsbət təsir edəcək. İyunun 28 və 30-da Belarusla, iyulun 2-də isə Gürcüstanla qarşılaşacağıq. İyulun 3-də vətənə qayıdacağıq. 3 gün burda məşq etdikdən sonra İtaliyanın Bolonya şəhərinə yollanıb, ordan San-Marinoya keçəcəyik”.

Baş məşqçi C divizionundakı rəqiblər haqda bunları dedi: “Ötən il Andorraya qrupda qalib gəlsək də, finalda uduzduq. İndi həmin komandayla yenə eyni qrupa düşmüşük. Ancaq bir şeyi qeyd edim ki, ötən il basketbolçularımızın 16-17 yaşı var idi. Yəni komandamızda dəyişiklik baş verməyib. Bu da bizim üstünlüyümüz sayılır. Andorra, Moldova və Kosovonun daha güclü rəqiblər olduğunu düşünürəm. Yarışın gedişində komandaların əsl gücü ortaya çıxacaq”.

Baxşıyev komandamızdakı basketbolçuların gücünə inanır: “Ötən il daha çox Endər Poladxanlı liderlik edirdi. Ancaq indi komandada bir neçə lider, oyunun taleyini dəyişə bilən basketbolçu var. Endərlə yanaşı, Ömər Əhmədzadə, Əkbər Məmmədov, Nicat Məmmədli və Elşad Şirzadov yüksək səviyyəli oyunçulardı. Hamısı yaxşı formadadı. Özlərini yaxşı tərəfdən göstərəcəklərinə inanıram”.

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: