15 may 2016 13:30

Tahir Baxşıyev: Onun o qədər təcrübəsi var ki, yaşının çox olması mənfi məqam kimi nəzərə çarpmır

“Bu gün cərimə atışlarımızın əksəriyyəyi qeyri-dəqiq oldu. Hər şeyi etdik. Sadəcə, şans bizdən üz döndərdi. İdman xoşbəxtliyi tərəfimizdə deyildi”. Bu sözləri azerisport.az saytına açıqlamasında basketbol üzrə ölkə çempionatında AZTOP-a uduzan NTD-nin baş məşqçisi Tahir Baxşıyev söyləyib.

Mütəxəssisin fikrincə, çempionluğun taleyini rəqibin təcrübəsinin zəngin olması müəyyənləşdirib: “Fərqi 6 topa kimi endirmişdik. Ancaq önə keçməyə güc çatmadı. Heyətimiz gənclərdən qurulub. NTD-də 17-18 yaşlı basketbolçular oynayır. Qələbə üçün təcrübə çatmadı. AZTOP-un yaşlı oyunçulardan qurulduğunu demək olmaz. Elə veteranlardan biri Fuad Niftəliyev idi ki, onun da o qədər təcrübəsi var ki, yaşının çox olması mənfi məqam kimi nəzərə çarpmır. AZTOP-un heyətində ondan başqa da yığmamızda oynamış basketbolçular var idi. Razıyam ki, liderlərimiz – Endər və Polad bu gün komandaya daha çox fayda verməliydi. Amma bu normaldı. Bir oyunda alınır, bir başqasında alınmır. Görünür, uşaqların üzərində daha çox işləməliyik. NTD ötən il 3-cü, bu mövsüm isə 2-ci yeri tutdu. Hər halda, ildən-ilə irəli doğru addım atırıq”.

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: