18 fevral 2016 15:40
Yığmamız dağıstanlıları böyük hesabla məğlub etdi
Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 yığması Həştərxanda Xəzər Liqası çərçivəsində keçirilən ilk oyunda uğur qazanıb. Azerisport.az xəbər verir ki, basketbolçularımız ilk görüşdə dağıstanlı həmyaşıdları ilə qarşılaşdı.
Oyunun birinci dəqiqəsindən millimiz təşəbbüsü ələ alaraq Dağıstan basketbolçularına heç bir şans verməyərək onları darmadağın edib (103:25 /21-7, 20-10, 26-5, 36-3/).
Fevral ayının 19-da Samit Nuruzadənin yetirmələri "Atrau" (Qazaxstan) komandası ilə qarşılaşacaqlar. (ABF)
