30 oktyabr 2015 13:15

Basketbol yığmalarımızın yeni baş məşqçiləri təsdiqləndi

Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın Cəbəllütariqdə keçirilən Avropa Çempionatında ("C" Divizionu) çıxışı, müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı, kişilər arasında XXIII ölkə çempionatına və yeniyetmə oğlanlar arasında iki yaş qrupunda (2000-2001 və 2002-2003-cü illər təvəllüdlü) keçiriləcək "Samsung" Kuboku uğrunda yarışlara hazırlıq prosesi və təşkilatı məsələlər geniş müzakirə edilib.

Yekunda ABF Reyasət Heyəti aşağıdakı qərarları qəbul edib:

1. 2015-ci il Avropa Çempionatının "C" Divizionu yarışlarında Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandasının çıxışı qənaətbəxş sayılsın.

2. Azərbaycanın müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandalarının baş məşqçiləri aşağıdakı kimi təsdiq edilsin:

Yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın baş məşqçisi - Tahir Baxşıyev;

Yeniyetmə oğlanlardan ibarət (U-16) yığma komandanın baş məşqçisi - Samit Nuruzadə;

Yeniyetmə oğlanlardan ibarət (U-14) yığma komandanın baş məşqçisi - Fuad Niftəliyev.

3. Azərbaycan Basketbol Federasiyasının bəzi işçi orqanlarının rəhbərləri aşağıdakı kimi təsdiq edilsin:

Məşqçilər Şurasının sədri - Azər Əbülfəz oğlu Qədirov,
Hakimlər komissiyasının sədri - Tofiq İsmi oğlu Həsənov,
Nizam-İntizam komissiyasının sədri - Mehran Ağali oğlu Həmidzadə.

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: