18 may 2015 14:00

Qala Azərbaycan çempionu oldu

Mayın 17-də "The Club Port Baku"nun idman zalında basketbol üzrə 22-ci ölkə çempionatının final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, 3-cü yer uğrunda "NTD" BK-u "Baku Oilers"a 80:74 hesabıyla qalib gəlib. Bununla da "NTD" komandası final seriyasının ikinci oyununu da udaraq bürünc medallara sahib olub.

Ölkənin basketbol ictimaiyəti səbirsizliklə "Qala" BK - AZTOP qarşılaşmasını gözləyirdi. Bu, komadaların final seriyasında üçüncü qarşılaşması idi. Qalib Azərbayacan Çempionu adını qazanacaqdı. Oyun "Qala"nın kəskin hücumları ilə başlayıb. Üçüncü hissə "Qala"nın 7 xall üstünlüyü ilə başlayıb - 34:27. Öncəki məğlubiyyətdən nəticə çıxaran qalalılar oyunun axırına kimi bu üstünlüyü əldən verməyiblər. Baxmayaraq ki, AZTOP sonuncu hissədə hesabı bərabərləşdirməyə çox yaxın idi, amma üçüncü hissənin axırında təcrübəli Rasim Başakın zədə alması AZTOP-un oyununa mənfi təsir etdi. "Qala"da Polad Həsənov və Amil Həmzəyəv xüsusi fərqləniblər.

Bələliklə "Qala" komandası layiqli zəfər qazanaraq səkkizinci dəfə Azərbaycan Çempionu oldu.

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: