1 may 2015 19:30

Bakıda Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan beynəlxalq turnir keçirildi

25-26 aprel 2015-ci il tarixlərində Bakıda ilk dəfə olaraq kişilər arasında 3x3 basketbol üzrə beynəlxalq turnir keçirildi. Azerisport.az xəbər verir ki, Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan “Baku Pre Euro Game2015” turniri Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və “Samsung” şirkətinin dəstəyi ilə keçirilib. Yarışda iştirak edən 5 yerli (Qala, NTD, AZTOP, Ulduz, Aslanlar) və 5 xarici (Novi Sad, Buxarest, Tbilisi, Kiyev, Qədim Kiyev) komanda “Moscow Open 2015” turnirinə birbaşa vəsiqə alan qalibi müəyyən etməli idilər.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) 3x3 Dünya Turunun qalibi olan Serbiyanın Novi Sad komandası Qədim Kiyev, Tbilisi, Ulduz və AZTOP komandalarını məğlub edərək, ‘A’ qrupunun birincisi olmuşdur. ‘B’ qrupunda dünya reytinginin beşinci pilləsində yer alan Angel Santananın başçılığı altında Buxarest komandası bütün rəqiblərini məğlub edərək, növbəti mərhələyə birinci yerdən adlamışdır.

Qruplarda ilk dörd yeri tutmuş komandalar dörddə bir final mərhələsinə vəsiqə qazandılar. Novi Sad, Buxarest, Qala və NTD komandaları rəqiblərini məğlub edərək, yarımfinala yüksəldilər:

Novi Sad - Kiyev (21:7)
NTD - Tbilisi (12:10)
Buxarest - Ulduz (21-11)
Qədim Kiyev - Qala Bakı (15:20)

Yarımfinalda Novi Sad NTD komandasını 21-12, Buxarest isə gərgin mübarizədə Qala komandasını 16-11 hesabı ilə məğlub etmişdir. Bakı 2015 elçisi Amil Həmzəyevin başçılığı altında Qala komandası oyunun son dəqiqələrinədək ciddi müqavimət göstərməsinə baxmayaraq, tərkibində üç nəfər 3x3 Avropa çempionu (Anqel Santana, Boqdan Popesku və Adrian Stefan) olan təcrübəli Buxarest komandasının öhdəsindən gələ bilməmişdi.
Novi Sad - NTD (21:12)
Buxarest - Qala Bakı (16-11)
Gözlənildiyi kimi turnirin favoritləri hesab edilən Novi Sad və Buxarest komandaları həlledici oyunda üz-üzə gəldilər. Final oyunu azarkeşləri son saniyələrədək gərginlikdə saxladı. Novi Sad komandası gərgin mübarizədə Buxarest komandasını 21-18 hesabı ilə məğlub edərək, kuboku qazandı.

Turnir çərçivəsində Beynəlxalq Basketbol Federasiyası (FİBA), Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil edilmiş 8 xarici və 4 yerli hakimin, habelə 15 nəfərlik yerli texniki heyətin iştirakı ilə 3X3 basketbol üzrə beynəlxalq seminar keçirilmişdir. Seminarın nəticələrinə əsasən 2015-ci ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının 3X3 basketbol yarışlarını idarə edəcək hakim heyəti müəyyən olunacaq.
 

A qrupu

Komandalar

    Buxarest

     NTD

    Qala Bakı

  Kiyev

Aslanlar

    Oyun

    Qələbə

    Xallar

1

Buxarest   

         -

      22-4

      15-5

22-12       

    21-11

4

4

80

2

NTD

        4-22

          -

      16-12

22-12 

     21-7

4

3

63

3

Qala Bakı

        5-15

     12-16

          -

21-6

     21-10

4

2

59

4

Kiyev

       12-22

     12-22

       6-21

-

     21-13

4

1

51

5

Aslanlar

       11-21

       7-21

      10-21

13-21

-

4

0

41

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: