23 aprel 2015 13:00

Bakıda Avropa Oyunlarına hazırlıq xarakterli beynəlxalq turnir

2015-ci il aprel ayının 25 və 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə 10 komanda iştirak edəcək: 5 yerli və 5 xarici.

Qonaq komandaların sıralarında 3X3 basketbol üzrə dünya reytinqində birinci olan serbləri və ilk üçlükdə yer alan rumınları qeyd etmək lazımdır. Oyunlar aprelin 25 və 26-sı saat 15:00-dan başlayacaq. Final oyununun keçirilməsi aprelin 26-da saat 19:00-da nəzərdə tutulub.     

Eyni zamanda, göstərilən turnir çərçivəsində 12 (8 xarici və 4 yerli) hakimin və 15 nəfər texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3X3 basketbol üzrə “Ariva” otelində hakimlər seminarı keçiriləcək. Seminarın nəticələrinə əsasən 2015-ci il iyun ayında Bakıda keçiriləcək Avropa Oyunlarının 3X3 basketbol yarışlarında iştirak edəcək hakim heyəti müəyyən ediləcək.

Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və “Samsung” şirkətinin dəstəyi ilə keçiriləcək beynəlxalq turnir Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: