6 may 2014 12:44

3X3 basketbol üzrə I Azərbaycan Turunun ikinci mərhələsi geridə qaldı

Mayın 4-də Mingəçevir şəhərində 3X3 basketbol üzrə I Azərbaycan Turunun ikinci mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, Cəlilabadda yarışan 10 komanda bu dəfə yeni məkanda öz qüvvələrini sınayıb.
Oyunlar çox gərgin mübarizə şəraitində keçib. Xüsusilə, “Gəncə-1” komandası yaxşı oyun sərgiləyərək, yarımfinalın bir addımlığında, həlledici görüşdə “Cəlilabad-4” komandasına overtaymda məğlub olub.
Qeyd edək ki, qrup mərhələsində “Qala-2” - “Qala-3” qarşılaşmasında ədalətli oyun qaydalarına (Fair play) əməl olunmadığına görə, “Qala-2” qalibiyyətinə baxmayaraq, hər iki komandaya məğlubiyyət verilib. Bu qərar, yarışın təşkilat komitəsinə daxil olan yazılı və şıfahi etirazlardan sonra ABF-nin Nəzarət-Təftiş Komissiyası tərəfindən qəbul edilib.
Finalda “Qala-2” - “Cəlilabad-4” (19:15) və “Qala-1” - “Cəlilabad-1” (21:12) qarşılaşıblar.
Qrup mərhələsi başa çatdıqdan sonra turun iştirakçıları 3 xallıq atışlar üzrə öz məharətlərini sınayıblar. Bu yarışmada ən yüksək nəticəni Tahir Baxşıyev (15) və Polad Həsənov (15) göstəriblər.
Növbəti mərhələ mayın 11-də Şırvan şəhərində keçiriləcək.
Yekun:
Qala-1 - 24 xal
Cəlilabad-1 - 20 xal
Qala-2 - 16 xal
Cəlilabad-4 - 12 xal
(ABF)

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: