18 fevral 2014 14:33
Tofiq Abbasovun anım turniri keçiriləcək
Fevral ayının 19-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (Az.DBTİA) idman zalında görkəmli idman xadimi, SSRİ-nın əməkdar məşqçisi, Azərbaycan Basketbol Federasiyasının sabiq prezidenti Tofiq Teymur oğlu Abbasovun 90 illik yubileyinə həsr olunmuş basketbol turnirinə start veriləcək. Azerisport.az xəbər verir ki, turnirdə ali məktəblərin (Az.DBTİA, BDU, Az.TU, Qafqaz Un-ti) komandaları iştirak edəcək.
(ABF)
