19 avqust 2012 01:34
Georgi Nikolov bolqarları dəstəklədi, yığmamız qalib gəldi (FOTO)
Ötən gün Bakıda keçirilən basketbol üzrə AÇ-2013-ün seçmə mərhələsinin Azərbaycan – Bolqarıstan oyununu “İnter”in prezidenti Georgi Nikolov da izləyib. Azerisport.az xəbər verir ki, o, hətta “Sərhədçi” arenasına öz ölkəsinin bayrağını da gətirib.
Amma Bakı klubunun prezidentinin bu dəstəyi həmyerlilərinə kömək etməyib. Qeyd edək ki, millimiz bu görüşdə bolqarlar üzərində 88:73 hesabı ilə qələbə qazanıb.
