28 iyul 2012 12:54
Azərbaycan yığmasının üzvü Rusiya klubunda
Basketbol üzrə Azərbaycan yığmasının üzvü Rolandas Alievas özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını Rusiyanın “Krasnıe Krılya” klubunda davam etdirəcək.
Qeyd edək ki, Alievas yığmamızın yeni üzvlərindəndi. Basketbolçu millimizdə çıxış etmək çün Beynəlxalq Basketbol Federasiyasının yekun qərarını gözləyir.
