20 dekabr 2011 00:03

AÇ-2015-in ev sahibi müəyyənləşdi

2015-ci ildə kişilərdən ibarət basketbol yığmaları arasında Avropa çempionatının keçirilməsi hüququ Ukraynaya verilib. Azerisport.az xəbər verir ki, FİBA Avropa Şurası rəhbərliyinin müvafiq qərarını dekabrın 18-də Münhendə qurumun prezidenti Olafur Rafnson elan edib.
 
Fransa, Almaniya, İtaliya və Xorvatiyanın basketbol assosiasiyaları müsabiqə prosedurlarının müəyyən məqamlarından narazılıqları ilə əlaqədar Avrobasket 2015-in keçirilməsinə birgə sifarişlərini geri götürüblər.
 
Ukrayna baş nazirinin müavini və infrastruktur naziri Boris Kolesnikov əmindi ki, ölkə 2015-ci il basketbol üzrə Avropa çempionatını uğurla keçirəcək. O, Münhendə FİBA Avropa rəhbərliyinin Avrobasket-2015-ə ev sahibliyini Ukraynaya verdiyi mətbuat konfransında deyib: “Mən ölkəmiz adından FİBA rəhbərliyinə minnətdarlığımı bildirib, bir daha əmin etmək istəyirəm ki, Ukrayna qonaqpərvər slavyan ölkəsidi. Odu ki, çempionat, heç şübhəsiz, yaddaqalan olacaq. Qalanı isə artıq oyunçuların işidi”.
 

Похожие новости

Basketbol 14 noyabr

NTD yeni mövsümə inamlı qələbə ilə başladı

"Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə 24-cü Azərbaycan Çempionatının ilk turu keçirilib
Basketbol 10 noyabr

Ölkə çempionatına start verilir

Noyabrın 12-də "Hövsan" Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan Çempionatının ilk oyunları keçiriləcək.
Basketbol 07 noyabr

Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb.
Basketbol 21 sentyabr

Orxan Aydın: Bəzi matçlarda uduzsaq da, əsas Qalatasarayın mövsümə necə başlamasıdır

Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı basketbolçusu Orxan Aydın İtaliyadakı toplanışdan danışıb.
Basketbol 16 sentyabr

Basketbolçumuz üçün şans

Sentyabrın 17-də Serbiyada 1x1 basketbolu üzrə "Red Bull King of the Rock 2016" turnirinin final mərhələsi keçiriləcək
Basketbol 20 avqust

Millimizin üzvü Sloveniya klubunda

Basketbol üzrə NTD klubunun və gənclərdən ibarət milli komandamızın üzvü Endar Poladxanlı karyerasını Sloveniyada davam etdirəcək.
Basketbol 03 avqust

Orxan Hacıyev rəsmən Qalatasarayda

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb.
Basketbol 01 avqust

Amil Həmzəyevin ikinci qələbəsi

Bakı Bulvarında "Red Bull King of the Rock" təkbətək basketbol üzrə növbəti turnir keçirilib.
Basketbol 28 iyul

Samit Nuruzadə: 8 ay öncə mənə desəydilər ki, ikinci yeri tutacaqsız, inanmazdım

U-16 basketbol yığmamızın baş məşqçisi Samit Nuruzadənin azerisport.az saytına müsahibəsi: