12 iyul 2016 16:00

ADBTIA və AzVİF arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tədrisin təkmilləşməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün idman federasiyaları ilə əməkdaşlığa xüsusi önəm verir və münasibətlərin daha da inkişaf etdirilməsinə çalışır. Azerisport.az xəbər verir ki, ölkədə peşəkar idmanın real vəziyyəti, ehtiyacların müəyyən olunması və tələblərə cavab verən idman təhsilinin təşkili, ixtisaslı kadrların yetişdirilməsinin məhz belə əməkdaşlıq nəticəsində mümkün ola biləcəyini nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə mövcud əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən Əməkdaşlıq haqqında Memorandum imzalamaq barədə razılığa gəliblər.

Tərəflər memoranduma uyğun olaraq Akademiyada velosiped idman növünün təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin Federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də razılıq əldə olunub. Bundan əlavə, sənəddə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, Federasiyanın ehtiyaclarını müəyyən edərək müvafiq təlimləri təşkil etmək, birgə elmi-tədqiqat işlərini aparmaq nəzərdə tutulur.

Memorandum bir sıra istiqamətlər üzrə sıx əməkdaşlığı nəzərdə tutur və  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitze-prezidenti Sahib Ələkbərov arasında imzalanıb.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.