21 aprel 2016 14:40

Yunanıstanla Azərbaycandan idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 20-dən etibarən Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun dəvəti ilə bu ölkədə səfərdədir. Azerisport.az xəbər verir ki, səfər çərçivəsində nazir Yunanıstan Respublikası ilə idman sahəsində mövcud əlaqələrimizi, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində görüşdə olub.

Görüş zamanı iki ölkə arasında  idman  sahəsində mövcud əlaqələr və  gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda idman sahəsində  müqavilə-hüquq bazasını gücləndirmək məqsədi ilə Yunanıstan tərəfinin təqdim etdiyi “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət  və İdman Nazirliyi arasında idman sahəsində  əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumunun  yekunu olaraq hər iki ölkənin idman və Olimpiya müəssisə və təşkilatları arasında idman və Olimpiya hərəkatı sahəsində mübadilələr daha da inkişaf etdiriləcək. Eyni zamanda, müqavilə idmançılarımızın səviyyəsinin yüksəlməsinə dəstək olması üçün  dünya və Avropa çempionatlarında,  beynəlxalq idman tədbirlərində milli komandaların optimal iştirakının həyata keçirilməsində  idman sahəsində çox zəngin təcrübəyə malik yunan  idmançıları ilə ümumi təlimlərin təşkilini də özündə əks etdirir.

Səfər çərçivəsində nazir eyni zamanda Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilmiş ümummilli lider Heydər Əliyevə  həsr olunmuş kitabın yunan dilində təqdimat mərasimində də iştirak edib. 

Bu gün isə nazir Azad Rəhimov Braziliyada keçiriləcək XXXI  Yay Olimpiya və  XIV Paralimpiya Oyunları üçün olimpiya məşəlinin alovlandırma mərasimində iştirak edəcək. Məlumat üçün bildirək ki, Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.