19 aprel 2016 15:00

Azad Rəhimov Yunanıstanda olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 21-də Yunanıstanda keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək. Azerisport.az xəbər verir ki, Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanda yerləşən Olimpiya məbədindən götürülür. 

Bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos nazir Azad Rəhimovu Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak üçün bu ölkəyə dəvət edib.

Nazir Azad Rəhimov eyni zamanda, 20 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi tərəfindən təşkil ediləcək ümummilli lider Heydər Əliyevə  həsr olunmuş kitabın yunan dilində təqdimat mərasiminə də qatılacaq. 

Səfər çərçivəsində həmçinin Yunanıstan Respublikasının Mədəniyyət və İdman naziri Aristides Baltes ilə də görüş planlaşdırılır. Görüş zamanı iki ölkə arasında  idman  sahəsində mövcud əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi  və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət  və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.

Səfər 22 aprel tarixinədək davam edəcək. 

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.