31 mart 2016 10:30

Mirkamil Rəhimov vəfat edib

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov vəfat edib.

Ölkə futbol ictimaiyyəti adından Mirkamil Rəhimovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!
 
Mirkamil Rəhimov1956-cı il iyunun 18-də Bakı şəhərində anadan olub.

1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsinə daxil olub və institutda ictimai əsaslarla qrup Komsomol katibi vəzifəsini yerinə yetirib.

1977-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra Rusiyanın Xabarovsk vilayətinin Svobodnıy şəhərində bir il yarım hərbi xidmət keçmişdir.

Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 №-li avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz işinə qayıdıb.

1979-cu ildən “Spartak” KİC RŞ-də təlimatçı, baş təlimatçı vəzifəsində çalışmışdır.
1987-ci ildə Həmkarlar İttifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı, sonra da sədr müavini vəzifəsinə təyin olunmuşdur.

1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

1992-ci ildə AHİŞ İdman Sarayının direktoru təyin edilmişdir.

1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində idarə rəisinin müavini və sonradan idarə rəisi vəzifəsində çalışmışdır.

1994-cü ildən hal-hazırki vaxta kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İdman İdarəsi (sonradan şöbəsi) rəisi  vəzifəsində çalışır.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidentidir.

“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.