22 mart 2016 12:00

Azad Rəhimov 3-cü İdman İctimaiyyəti Mükafatının təqdimat mərasiminə qatılacaq

Gənclər və idman naziri Azad Rəhimov 23 mart 2016-cı il tarixdə keçiriləcək “3-cü İdman İctimaiyyəti Mükafatı”-nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya səfərə yola düşüb. Azerisport.az xəbər verir ki, 3-cü dəfədir keçirilən  ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə  son 1 il ərzində idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun Azərbaycan idmanında son illər ərzində görülən işlərlə bağlı iştirakçıları daha yaxından tanış etməsi məqsədi ilə, çıxışı  nəzərdə tutulub. Təqdimat əsnasında nazir ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, bu oyunlar zamanı 17 gün ərzində 6000-dən çox atletin 20 idman növündə mübarizə apardığını diqqətə çatdıracaq,  bu il  ölkəmizdə Formula 1 Grand Prix turnirinin, Şahmat üzrə Dünya Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə UEFA Futbol üzrə Avropa Çmepionatının 3 qrup və 1 yarımfinal oyunlarının Bakıda keçiriləcəyi haqda məlumat verəcək.

IV İslam Həmrəyliyi oyunları haqda daha geniş söz açarkən nazir Azad Rəhimov, oyunların 12-22 may 2017- ci ildə keçiriləcəyini, 20 idman növündə 5000 idmançının mübarizə aparacağını və oyunların keçiriləcəyi 14 idman obyektinin artıq tikilərək istifadəyə verildiyini diqqətə çatdıracaq.  Nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti  İlham Əliyevin və ölkənin 1-ci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında ölkədə aparılan idman siyasəti və onun inkişafı haqda qonaqları geniş şəkildə məlumatlandıracaq və görülən işlərin bariz nümunəsi olaraq  bu il dünyanın nüfuzlu “Sport Business Group” şirkətinin keçirdiyi sorğuya əsasən  Azərbaycanın idman oyunlarını yüksək səviyyədə keçirməsində 150 qlobal ölkə arasında 30-cu yerdə qərarlaşmasını bildirəcək.

Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı”uğrunda mübarizədə  bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olmuşdur. (AGİN)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.