28 dekabr 2015 18:40

Neftçi İdman Klubu Azərbaycanın lider idman təşkilatıdır

2015-ci il “Neftçi İdman Klubu” İctimai Birliyinin üzvləri üçün yadda qalan olub. Azerisport.az xəbər verir ki, bu ildə klubun idmançıları bir çox beynəlxalq miqyaslı yarışlarda, respublika çempionatlarında parlaq qələbələr qazanıblar.

“Neftçi İdman Klubu” idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir. Belə ki, klub neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, klub peşəkar idmançıların yetişdirilməsi istiqamətində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfəsini verir. 

2015-ci il ərzində SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, sözügedən işçilər arasında mini-futbol, voleybol, stolüstü tennis, “Səmti müəyyən etmə” və “Atam, anam və mən” idman-turizm yarışı üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub. Bundan əlavə, sentyabr ayında neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası keçirilib ki, həmin tədbirdə 1000-dən artıq neftçi iştirak edib.

Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar əldə edilib. Təkcə bu il ərzində klubun idmançıları respublika və beynəlxalq səviyyəli yarəşlarda 1812 medal qazanıblar ki, onlardan da 704-ü qızıl, 473-ü gümüş, 635-i isə bürüncdür. Bu isə ölkədə fəaliyyət göstərən idman klub və cəmiyyətləri arasında rekord göstəricidir.

Bakı-2015 ilk Avropa Oyunlarında qazanılan uğurda “Neftçi İdman Klubu”nun təmsilçiləri böyük pay sahibi olmuşlar. Belə ki, oyunlar zamanı idmançılarımıza dəstək məqsədilə klubun əməkdaşları və onların ailə üzvləri, eləcə də idmançılarından ibarət azarkeş qrupları yaradılmışdı. Bu qrupların min nəfər üzvü milli atributların, dövlət bayrağımızın və Avropa Oyunlarının embleminin əks olunduğu idman köynəkləri və baş geyimləri ilə təmin olunmuşdular. Xüsusi forma ilə təmin olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparan idmançılarını böyük alqış sədaları altında dəstəkləyir və onları qələbəyə ruhlandırırdılar.

İlk Avropa Oyunlarında Azərbaycan milli komandasının heyətində ən çox yer alan və bu yarışlarda daha çox medal qazanan idmançılar da məhz “Neftçi İdman Klubu”nun yetirmələri olmuşdur. Klub bu mötəbər yarışda 79 idmançı ilə təmsil olunmuşdu. Qazanılan 56 medaldan 16-sı "Neftçi İdman Klubu"nun atletlərinə məxsusdur. Bu medallardan 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (cüdo, paralimpiya), gümüş medallara Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya), bürünc medallara isə Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) sahib olublar.

Bundan əlavə, 2015-ci ildə klubun yetirmələrindən ağırlıqqaldıran Boyanka Kostova Avropa və dünya çempionatlarında qızıl medal qazanmaqla bərabər, həm də qitə və dünya rekordlarını yeniləyib. Güləşçilər Hacı Əliyev və Rəsul Çunayevin dünya çempionatındakı parlaq qələbələri, atlet Nazim Babayevin gənclər arasında Avropa rekordunu təzələməsi, paralimpiyaçıların Avropa və dünya çempionatlarındakı çoxsaylı rekordlar vurmaları da ilin yaddaqalan və böyük uğurlarındandır.

Təsadüfi deyil ki, ilin yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən seçilmiş ilin ən güclü 10 idmançısından 5-i, ilin məşqçilərindən isə 3-ü məhz “Neftçi İdman Klubu”nun təmsilçiləridir.

Bütün bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının açıq təzahürüdür.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.