24 dekabr 2015 20:30

AGİN 2015-ci ilin ən yaxşılarını açıqladı

Dekabrın 24-də Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib. Azerisport.az xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. Nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib. Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Azad Rəhimov bu mötəbər idman yarışının standartlarının ölkəmizdə müəyyənləşdiyini diqqətə çatdırıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını qeyd edib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə ölkəmizdə mötəbər yarışlarla yanaşı, beynəlxalq idman qurumlarının toplantılarının da yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Sonra mükafatlandırma mərasimi olub.

Mərasimdə Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası adına layiq görülüb. Azərbaycan Güləş Federasiyası isə idman yarışlarının yüksək səviyyədə təşkilinə görə mükafatlandırılıb. “Qəbələ” idman klubu ilin ən yaxşı idman təşkilatı, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu ilin ən yaxşı idman qurğuları, taekvondo və polo üzrə Azərbaycan milliləri ilin ən yaxşı yığma, “Qarabağ” futbol klubu isə ilin ən yaxşı futbol komandası elan olunub.

İdmançılardan isə birinci Avropa Oyunlarının qalibləri – boks üzrə dünya çempionu Elvin Məmişzadə, qadın güləşi üzrə dünya mükafatçısı Mariya Stadnik, yunan-Roma güləşi üzrə dünya birinciliyinin qalibi Rəsul Çunayev, idman gimnastikası üzrə dünya çempionatının bürünc mükafatçısı Oleq Stepko, sərbəst güləş üzrə dünya çempionu Toğrul Əsgərov, taekvondo üzrə dünya çempionu Radik İsayev, karate üzrə dünya birincisi Rafael Ağayev, paralimpiyaçı cüdoçu, dünya çempionu İlham Zəkiyev, ağır atletika üzrə dünya çempionu, dünya rekordçusu Boyanka Kostova, “Bakı-2015”in bürünc mükafatçısı, sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyev mükafatlandırılıblar.

Mərasimdə ilin ən yaxşı məşqçiləri və hakimlərinə də mükafatlar verilib. Həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələrinə fəxri adlar təqdim edilib. Sonra digər nominasiyalar üzrə də qaliblər mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib. (Azərtac)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.