21 noyabr 2015 19:00

Azad Rəhimov Avropa Olimpya Komitələrinin 44-cü Baş Assambleyasında çıxış edib

20-21 noyabr tarixlərdə Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Olimpya Komitələrinin 44-cü Baş Assambleyası keçirilib. Azerisport.az xəbər verir ki, Assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

Baş Assamblayanın birinci günü əsas müzakirə olunan mövzulardan biri iyun ayında Bakıda keçirilən I Avropa Oyunları və Oyunların nəticələri olub. Açılışda çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti  Tomas Bax I Avropa Oyunlarının ən yüksək səviyyədə və çox böyük uğurla keçdiyini vurğulayıb. Avropa Olimpiya Komitələrinin Prezidenti  Patrik Hikki Avropa Oyunlarının ötən ilin ən uğurlu idman hadisələrindən olduğunu qeyd edib, Oyunların möhtəşəmliyini, dünya standartlarına uyğun təşkil edildiyini, Oyunların həyata keçməsində zəhməti olan hər kəsin, xüsusilə könüllülərin peşəkarlığını, vətənpərvəliyini vurğulayıb.

Avropa Olimpiya Komitələrinin Baş katibi Rafaello Paqnotsi və İcraiyyə Komitəsinin üzvü Zlatko Matesa də öz çıxışlarında Avropa Oyunları zamanı əldə edilmiş uğurlardan və ümumiyyətlə bu Oyunların Avropa idman tarixində yeni bir səhifə olduğundan söz açıblar.

Avropa Oyunlarının yekun hesabatı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tərəfindən verilib. Nazir, Oyunlarla bağlı stasistik rəqəmlər səsləndirib, Oyunların ölkəmiz və Avropa üçün əhəmiyyətini qeyd edib. Azad Rəhimov Oyunların hazırlığına 2,5 il yarım ayrıldığını qeyd edərək, ölkəmizin bu sahədə uğurlu model nümayiş etdirdiyini və qısa müddətdə ən yüksək nəticələr əldə edərək mötəbər tədbirin təşkilinə nail olduğunu diqqətə çatdırıb. Nazir növbəti Avropa Oyunlarını keçirəcək növbəti ölkəni hazırlıq prosesi zamanı Azərbaycan təcrübəsindən yararlanmağa dəvət edib.

Çıxışın yekununda Oyunlara həsr olunmuş video çarx nümayiş etdirilib.

Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki video çarxı seyr etdikdən sonra çixiş edərək,  Oyunlarla bağlı gözəl xatirələrdən hər kəsin təsirləndiyini qeyd edib. Patrik Hikki  müasir və inkişafda olan ölkəmizin hər bir Avropalı üçün yenidən kəşf edildiyini xüsusən vurğulayıb.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.