21 aprel 2015 12:30

İlham Əliyev Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Azerisport.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. 

Bildirildi ki, təmir zamanı binanın damı və fasadı, işıqlandırma sistemi yenilənib, ətrafda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılıb.

Bakı İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir. Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli binada təmir işləri ən yüksək səviyyədə, beynəlxalq tələblər nəzərə alınaraq görülüb. Birinci Avropa Oyunları zamanı bu qurğuda idmanın badminton və stolüstü tennis növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. 

Təmirdən əvvəl tamaşaçı oturacaqların sayı 1100 idisə, indi bu rəqəm 1736-ya çatdırılıb. Tamaşaçı oturacağı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tamaşaçı tribunası inşa edilib. Binada, həmçinin hakimlər, mətbuat nümayəndələri və VİP qonaqlar üçün də xüsusi otaqlar yaradılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi ağıllı idarəetmə sistemli, hava axınını horizontal istiqamətdə bərabər şəkildə paylayan havalandırma sistemi qurulub. 

İdman sarayında dopinq yoxlama otağı, tamaşaçılar, idmançılar və mətbuat nümayəndələri üçün kafelər və digər zəruri bölmələr yaradılıb. Bundan başqa, burada “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusundakı püşkatma zalı, idarə heyətinin iş, müsahibə, VİP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da ən müasir səviyyədədir. Binanın daxilində 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bununla da, fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. 

Bina transformator yarımstansiyası, generator və qazanxana ilə də təchiz edilib. Sarayın qaz, su, kanalizasiya, elektrik, rabitə və fiber-optik internet xətləri yenilənib. Beləliklə, Bakı İdman Sarayının kompleks şəkildə yenidən qurulması ilk Avropa Oyunları zamanı idmanın badminton və stolüstü tennis növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Mövcud idman komplekslərinin ən yüksək səviyyədə yenidən qurulması və müasir idman qurğularının istifadəyə verilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan bütün layihələr uğurla, həm də vaxtında icra olunur. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır. “Bakı-2015”-ə hazırlıqla əlaqədar həyata keçirilən layihələr Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha göstərir. (Azərtac)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.