27 dekabr 2014 00:35

Qəbələ idmançılarından 2014-cü ildə 9 mükafat

Başa çatmaqda olan 2014-cü il təkcə futbol deyil, “Qəbələ” İdman Klubunun nəzdində fəaliyyət göstərən digər idman sahələri üzrə bölmələr üçün də uğurlu alınıb. Azerisport.az xəbər verir ki, bu klubun idmançıları beynəlxalq və ölkə miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə qalxmağı bacarıb. Elə ötən gün klub tərəfindən təşkil olunan tədbir də digər növlər üzrə bölmələrin il ərzindəki çıxışlarına həsr olunub.

2014-cü ilin yekunları ilə bağlı görüşü giriş sözü ilə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov açaraq, tədbir iştirakçılarını klub prezidenti Tale Heydərovun adından salamlayıb. 2014-cü ili uğurlu adlandıran vitse-prezident bu nailiyyətlərin davamının gələcəyinə inandığını bildirib. Nəcəfov “Qəbələ”nin idmançılarına qatılacaqları bütün yarışlarda uğurlar arzulayıb.

Görüşdə “Qəbələ” İdman Klubunun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev də iştirak edib. 2014-cü ildə bu növlərdə əldə olunan uğurlardan danışıb. Belə ki, il ərzində beynəlxalq turnirlər, Qran-Pri yarışları, dünya və Avropa kuboklarında dəfələrlə mükafatçılar sırasına düşən klubun üzvləri rəsmi dünya və qitə çempionatları, həmçinin birinciliklərində 9 medala yiyələnib. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 4-ü bürünc olub.

Tədbir 2014-cü ildə uğur əldə edən idmançıların mükafatlandırılması ilə davam etdirilib. İdmançılardan Mehman Sadıxov (cüdo, dünya və Avropa çempionatının mükafatçısı), Məhəmməd Məmmədov (taekvondo, dünya çempionu), Nərgiz Mirzəyeva (taekvondo, dünya çempionatının mükafatçısı), Məhəmmədəli Tahirov (boks, Avropa çempionatının mükafatçısı), baş məşqçilər Rauf Aydınov (boks), Səbuhi Zülfüqarov (taekvondo), Ramil İsmayılov (cüdo), məşqçi Rəşad Məmmədov (cüdo) 2014-cü ildə əldə olunan nailiyyətlərə görə mükafatlandırılıb. Müxtəlif səbəblərdən tədbirə qatıla bilməyən cüdoçu Uşangi Kokauri (Avropa çempionatının mükafatçısı), Qəbələ şəhərindəki bölmələrin məşqçiləri Rail İsmayılov (cüdo) və Ramiz Mirkamilov (boks) da ilin yekunlarına əsasən mükafata layiq görülənlərin siyahısında yer alıb. (klub saytı)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.