7 noyabr 2014 12:00

Azad Rəhimov Lənkəranda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından 30-dək vətəndaş iştirak edib.

Qəbul zamanı gənclər sahəsində edilən müraciətlər sırasında  QHT –in yaradılması üçün dəstək verilməsi, müxtəlif layihələrin dəstəklənməsi, yay istirahət düşərgələrinin təşkili,  məktəblərdə  hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının  keçirilməsi üçün bazanın yaradılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətində olub.

Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, ölkədə beynəlxalq yarışların keçirilməsi idman sahəsində edilən müraciətlərlə bağlı ərizələr qəbul edilib.

Eyni zamanda, Gənclər Mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində də təkliflər verilib.

Digər müraciətlər  ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.