26 sentyabr 2014 15:10

91 ölkənin naziri Bakıya gələcək

28-30 Oktyabr 2014-cü il tarixdə Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Foruma 91 ölkənin naziri gələcək. Azerisport.az xəbər verir ki, Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma bu günə qədər 91 ölkənin nazirinin gəlməsi ilə bağlı razılıq məktubu daxil olmuşdur. Layihənin önəmini qeyd edən bir sıra ölkələrin nazirləri Bakıda keçiriləcək Forumun gənclər siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər.

Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Professor Saleh A. Alnassar Forumun önəmindən danışarkən qeyd edib ki, əfsuslar olsun ki, hec də dünyanın ən inkişaf etmiş ölkələrində belə gənclər siyasəti sahəsi haqda qanunlar qəbul edilib, bu istiqamətdə işlər aparılmır.

Prof. Saleh A.Alnassar : “Forumun önəmi gənclər siyasəti sahəsində yeniliklərin əldə olunması, dünyanın bir çox ölkələrinin təcrübələrindən yararlanma olacaq. Bir çətir altında dünyanın müxtəlif ölkələri ilə təcrübə mübadiləsinin aparılması, yeni bilik və ideyaların əldə olunması, gənclər siyasətində görülən işlərin qiymətləndirilməsi istiqamətində önəmli məqam olacaq. Əminəm ki, forum gənclər siyasəti sahəsində çalışan hər kəs üçün yeni ilham mənbəyi və daha böyük layihələrə imza atılmasında ən uğurlu başlanğıc olacaq.”

Forumun önəmi ilə bağlı fikirlərini bölüşən digər nazir isə Serbiyanın Gənclər və idman naziri Vanja Udovicicdir. Nazir Serbiyanın gənclər siyasəti sahəsində digər ölkələr üçün maraqlı təcrübə ola biləcək işlər gördüyünü qeyd edib. Vanca Udovicic: “Ölkəmizin regional, Avropa və beynəlxalq səviyyədə böyük uğurlara imza atmasına baxmayaraq, təcrübə mübadiləsinin aparılması, yeni bilik və informasiyanın əldə edilməsi çox böyük önəm daşıyır. Tam əminliklə deyə bilərəm ki, oktyabr ayında Bakıda keçiriləcək forumda Serbiya müxtəlif- təhsil, səhiyyə, təhlükəsizlik və digər sahələrdə həyata keçirdiyi layihələri böyük məmnumiyyətlə digər ölkələrlə də bölüşəcək.”

28-30 oktyabr Bakı şəhərində keçiriləcək forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT –nın nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.