12 sentyabr 2014 13:10

Azad Rəhimov Olimpiya Avropa Yay Oyunlarının açılışına qatılacaq

9 sentyabr  2014-cü il tarixdən başlayaraq Belçikanın Antverpen şəhərində Xüsusi Olimpiya Avropa Yay Oyunları ilə bağlı tədbirlərə  start verilib. Azerisport.az xəbər verir ki, 14-21 sentyabr tarixləri arasında davam edəcək olimpiya oyunlarında 58 Avropa və Avrasiya ölkəsindən 2000-dən artıq əqli imkanları məhdud olan idmançı iştirak edəcək.

Rəsmi qonaq kimi açılış mərasiminə dəvət alan nazir Azad Rəhimov Belçikaya yola düşüb.

Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları ərəfəsində Belçikanın Lommel şəhəri  Bakı şəhəri ilə sıx əlaqələrə əsasən 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini qəbul edəcək.  Ən maraqlı məqamlardan biri Azərbaycan komandasının yarışlar zamanı Lommel şəhərində qalması münasibəti ilə orada abidənin açılış mərasiminin keçirilməsi olacaq. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven və Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov iştirak edəcəklər.

Lommel şəhərində  ölkəmizin  və Bakı-2015 Avropa Oyunlarının təbliği ilə bağlı konsert, sərginin təşkil olunması və bir sıra təqdimatların edilməsi nəzərdə tutulub. Konsert zamanı Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Azərbaycanın klassik və milli musiqilərini ifa edəcək. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.