2 iyul 2014 18:00

Azərbaycanın sığorta bazarında ilk dəfə Beynəlxalq Sığorta Şirkəti 3 milyon ABŞ dolları aldı

27 iyun 2014-cü il tarixdə “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə dünyanın ən nüfuzlu banklarından biri olan ING BANK N.V. bankı arasında, Şirkətə 3 milyon ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə imzalanmışdır.

Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq reallaşdırılan bu layihə, Şirkət tərəfindən biznesin inkişafında strateji hədəflər nəzərə alınmaqla, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq ənənələrinin yaradılması məqsədi daşıyır. Kredit vəsaitinin Şirkətin ümumi korporativ məqsədləri üçün, o cümlədən müştəri portfelinin genişləndirilməsində, gəlir mənbələrinin diversifikasiyasında və sığorta xidmətlərinin təkmilləşdirilməsində istifadə olunması nəzərdə tutulub. Müqaviləyə əsasən, kredit vəsaiti ING BANK N.V. bankının Amsterdam (Niderland Krallığı) ofisi tərəfindən “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə 370 gün müddətinə verilir. Müqavilədə kredit müddətinin artırılması da nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, ING BANK N.V. bankının daxil olduğu İNG Group 2013-cü ilin yekunlarına görə Avropanın 10, dünyanın isə 30 iri maliyyə strukturu sırasında olmaqla 1,5 trilyon dollardan artıq aktivlərə malikdir.
Dünyanın belə bir nüfuzlu maliyyə institutunun Azərbaycanının sığorta şirkətinə kredit ayırması, Respublikamızın iqtisadiyyatının inkişafının nəticəsi olmaqla, onun stabil ölkə və etibarlı tərəfdaş kimi Dünyada artan nüfuzunun göstəricisidir.
Hazırda Beynəlxalq Sığorta Şirkəti beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq istiqamətində işləri davam etdirərək bir sıra yeni layihələr üzərində də işləyir.
2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda həm fiziki, həm də hüquqi şəxslərə 32 sığorta növü üzrə xıdmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 14.800.000 manat təşkil edir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.