17 iyun 2014 13:03

Azərbaycanın birinci xanımı Yunanıstanda Fəxri mükafata layiq görüldü

Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasında  Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlığa və Azərbaycan gənclərinin Olimpiya təhsilinə böyük töhfə vermiş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “OLİMPİYA” fəxri mükafatı təqdim edilmişdir. Azerisport.az xəbər verir ki, Fəxri mükafat Təhsil və Olimpiya Hərəkatına və Beynəlxalq Olimpiya Akademiyasının işinə töhfə vermiş görkəmli şəxslərə təqdim olunur.

Məlumat üçün bildirək ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında sıx əməkdaşlıq mövcuddur. Akademiyanın prezidenti İsidoros Kuvelos və direktoru Dionisis Qanqas ilə 2013-cü ildə Gənclər və İdman Nazirliyində keçirilmiş görüş zamanı Beynəlxalq Olimpiya Akademiyasının professor və müəllimlərinin Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında  Olimpiya təhsili mövzusunda mühazirələrlə çıxış etmələri, azərbaycanlı tələbələrin həmin akademiyada təhsil alması, Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş tələbə-gənclərin Beynəlxalq Olimpiya Akademiyasına təcrübə məqsədi ilə səfərlərinin təşkili, beynəlxalq idman tədbirlərində çalışan könüllülər və idman jurnalistləri üçün qısamüddətli kursların təşkili və digər məsələlərlə bağlı əməkdaşlığa dair razılıq əldə edilmişdir. 11-25 iyun 2013-cü il tarixdə Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil edilmiş Gənc iştirakçıların 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak etmişdir. 02-13 avqust 2013-cü il tarixdə Akademiyada Azərbaycandan 40 gənc məşqçi-müəllimlər, idman jurnalistləri, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilmişdir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.