16 iyun 2014 14:59

Nazir Azad Rəhimovun Yunanıstana rəsmi səfəri başlayır

16 iyun 2014-cü il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasının açılış mərasimində iştirak edəcək. Azerisport.az xəbər verir ki, göstərilən tarix eyni zamanda  Parisin Sarbonna Universitetində baş tutmuş İlk Olimpiya Konqresinin 120 illiyi və 1961-ci ildə Qədim Olimpiyada təşkil olunmuş Beynəlxalq Olimpiya Akademiyasının Gənc İştirakçılar üçün ilk Sessiyasının açılışının ildönümü ilə də üst-üstə düşür.

Tədbirdə Yunanıstan Respublikasının prezidentinin, Yunanıstan Olimpiya Komitəsinin prezidentinin, Yunanıstanın mədəniyyət və idman nazirinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Dr. Tomas Baxın da daxil olduğu Beynəlxalq Olimpiya Ailəsinin rəsmi şəxslərinin iştirakı nəzərdə tutulmuşdur.

Səfəri çərçivəsində nazir Azad Rəhimov Delfi və Qədim Olimpiyaya səfər edəcək, Saloniki şəhərinin meri və Makedoniya və Frakiya üzrə dövlət naziri, Şimali Makedoniya regionunun qubernatoru və Yunanıstanın Təhsil və Din İşlər üzrə naziri Andreas Loverdos ilə görüşlər keçirəcək.  A.Rəhimov 16-19 iyun 2014-cü il tarixdə Yunanıstanın Saloniki şəhərində keçiriləcək Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının 3-cü Üzvlər İclasına da qatılacaq.  Tədbirin həyata keçirilməsində dəstək Saloniki Şəhər Meriyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunur. Həmçinin, YUNESKO-nun Yunanıstandakı milli komissiyası, yerli təşkilatlar və Yunanıstanın 2014-cü il Avropa İttifaqına Sədrliyi çərçivəsində görüşlərin keçirilməsi də nəzərdə tutulub. Üzvlər İclası zamanı təşkilata üzv təşkilatlar cari məsələləri müzakirə edəcək, 2015-ci ilin icra planı təsdiq olunacaq və İttifaqa gələcəkdə üzv olmaq istəyən yeni təşkilatlar öz təqdimatlarını edəcəklər. (AGİN mətbuat xidməti)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.